"Rauf Arifoğlu cinahını müəyyənləşdirdi"- Xədicə İsmayıl- VİDEO

"İlham Əliyevin "jurnalistlərin dostu" elan edilməsi fırıldaqdan başqa bir şey deyildi"

Ölkə başçısı İlham Əliyevə "jurnalistlərin dostu" adının verilməsi və mükafatın təqdimatı üçün onun iqamətgahında bir qrup mətbuat nümayəndəsi ilə keçirilən görüş hələ də müzakirə mövzusu olaraq qalır. "Kanal 13" internet televiziyası bu mövzuda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluya müraciət edərək, araşdırmaçı jurnalist Xədicə İsmayılın ona həmin görüşdə iştirak etdiyi üçün irad tutmasına münasibət öyrənib. Video-müsahibə noyabrın 27-də yayımlanıb. X.İsmayılın R.Arifoğluna iradı da "Kanal 13"də onunla müsahibədə (noyabrın 25-də) səslənib. İki jurnalist arasında bu mövzuda polemika isə bundan qabaq Facebook sosial şəbəkəsində aparılıb. "Kanal 13"ün hazırladığı hər iki video materialı təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar