Tənqidi məqaləsinə görə jurnalist işdən qovuldu

Türkiyənin “Sabah” qəzetində çalışan Yavuz Baydar tənqidi məqaləsinin The New-York Times qəzetində dərc ediləndən sonra işdən qovulub.

Rusiya mətbuatının verdiyi məlumata görə, Baydarın “Mediamaqnatlar Türkiyədə demokratiyanı sarsıdır” adlı məqaləsi Amerika mətbuatında iyulun 19-da dərc edilmişdi.

Məqalədə Baydar qeyd etmişdi ki,Türkiyə mətbuatı hakimiyyətlə sıx əlaqə saxladığına görə həqiqətləri gizlədir və informasiyanı təhrif edir. Bu da özünü xüsusən may ayında ölkədə baş verən kütləvi aksiyaları işıqlandırmaqda özünü göstərdi.

Türk mətbuatının veridiyi məlumata görə, Yavuz Baydar həmin məqaləni əvvəlcə “Sabah” qəzetində dərc etdirmək istəsə də, bununçün ona icazə verilməyib. Lakin məqalənin “The New York times” da dərc edilməsindən sonra “Sabah” qəzeti bildirib ki, jurnalist məqalədə işlədiyi qəzeti təhqir edib.

Qeyd edək ki, Yavuz Baydar qəzetdə ombudsman (oxucu ilə qəzet arasında vasitəçi) vəzifəsini yerinə yetirirdi.

Anspress.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar