Mətbuat Şurası qəzet yayımı ilə bağlı komissiya yaradır

Noyabrın 29-da Mətbuat Şurasının İdarə Heyəti jurnalistlərin prezident İlham Əliyevlə görüşündə qaldırılan məsələlərin araşdırılması və həllinə yönəlmiş iclas keçirəcək.

Şuranın sədri Əflatun Amaşov “Media forum” saytına deyib ki, iclasda İdarə Heyəti üzvlərindən ibarət komissiya yaradılacaq: “Komissiyanın əsas işlərindən biri Bakıdakı qəzet köşklərinin vəziyyəti ilə bağlı monitorinq aparmaq olacaq. Bilinməlidir ki, köşklər Bakı sakinlərinə nə dərəcədə çatır, alıcıların köşklərlə əlaqəsi necədir, köşklərdə satışın vəziyyəti nə yerdədir. Metroda yayım məsələsi, mətbuat orqanları üçün önəmli olan reklam problemləri də müzakirə olunacaq. Əsasən də rəsmi qurumların reklam və elanlarının verilməsi problemi araşdırılacaq”.

Əflatun Amaşovun sözlərinə görə, araşdırmalar bitdikdən sonra nəticələr ümumiləşdiriləcək və Mətbuat Şurası prezidentə təkliflər göndərəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar