“Bandotdel” polis rəisinin qaynını narkotiklə tutdu –  (VİDEO)

 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (el arasında bu qurum «Bandotdel» kimi tanınır) əməkdaşları Füzuli rayon polis şöbəsinin rəisi Kamandar Əsədovun qayını, 32 yaşlı Sahib Xudiyevi narkotiklə həbs edib.

Bu barədə mia.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumatda bildirilir ki, «Bandotdel» tərəfindən həyata keçirilən ilk əməliyatda narkotik və psixatrop tərkibli preparatların ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi və apteklərdə qanunsuz satışının təşkil edilməsində təqsirli bilinən şəxslər cinayət başındaca yaxalanıblar. Gədəbəy rayonunda anadan olmuş, 36 yaşlı Elman Qarayev və Fizuli rayonunda anadan olmuş 32 yaşlı Sahib Xudiyev satışı 180 ədəd Tropin preparatını 1500 manata satarkən ələ keçiblər.

Onu da qeyd edək ki, bu əməliyyat xəbəri haqda bu gün Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə satışı qadağan edilmiş Tropin preparatını Elman Qarayev bir müddət əvvəl İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirib. Saxlanılan şəxslər güclü təsiredici tərkibə malik olan Tropin preparatlarını Bakı şəhərində kirayədə yaşadıqları evdə gizlədiblər. Əməliyyatçılar evə baxış zamanı əlavə olaraq xeyli sayda Tropin aşkarlayaraq götürüblər.

Faktla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Lakin göründüyü kimi, nazirliyin yaydığı xəbərdə tutulanlardan Sahib Xudiyevin kim olduğu cəmiyyətə açıqlanmayıb.

Polis rəisi K.Əsədovun qaynı ilə bağlı video ilə tanış olun:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar