Azərbaycan Beynəlxalq Universitetinin sabiq müəllimi həbs edilib

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib.

Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib.

Polisdən həmçinin bildirilib ki, A.İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A.İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil.

Qeyd edək ki, A.İbrahimova dələduzluq faktına görə əvvəllər də bir neçə dəfə polis tərəfindən saxlanılıb. O, hər dəfə vətəndaşlardan aldığı pulu qaytaracağı barədə vəd verərək məsuliyyətdən yayınıb. Sonuncu dəfə isə məhkəmə A.İbrahimova barəsində həbs-qətimkan tədbiri seçməklə barəsində axtarış elan edibmiş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar