Bəylər Əyyubovun 2 qohumu həbs olunub

General;n qohumunu müdafiə etməməsi isə istintaqın qərəzli aparılması ilə nəticələnib

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu yaxınlarda bir qrup gənci həbs edib. İctimaiyyətdən gizlin saxlanılan bu həbsin şok təfərrüatları “moderator.az”a daxil olub. Belə ki, “bandotdel” tərəfindən həbs edilən 4 nəfər gəncdən ikisi Prezdentin Təhlükəsizlik Xidmətinin rəisi general Bəylər Eyyubovun yaxın qohumlarıdır.

Saytın araşdırmasına görə, generalın bacısı oğlu Osman İsayev, onun əmisi oğlu Rauf İsayev və daha iki gəncin həbsi ilə bağlı istintaq prosesi də artıq yekunlaşıb. 4 nəfər gəncin həbsinə səbəb isə “Yeni Həyat” yaşayış binasında Osman İsayevin liftdə bir nəfərlə mübahisə etməsi olub. Gənclər arasında mübahisə onların bir-birinə əl qaldırması ilə nəticələnib. Ortada heç bir xəsarətin,şikayətin və uzunmüddətli ictimai qaydanın pozuntusu olmasa da “bandotdel” generalın qohumunu və mübahisənin sonunda oraya gələn daha 3 nəfəri həbs edib. Araşdırmamız zamanı o da bəlli olub ki, həbs edilən gənclərin heç bir günahı yoxdur.

Bəylər Eyyubovun qohumunu müdafiə etməməsi isə istintaqın qərəzli aparılması ilə nəticələnib. Belə ki, generala yanlış məlumat verərək, guya qohumlarının xuliqanlıq etdiyi bildirilib. Halbu ki, istintaqda bu sübuta yetirilməyib.

Artıq Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə həbs edilən 4 gəncin məhkəmə prosesi keçirilib.

Proses 40-a yaxın məhkəmə nəzarətçilərinin və 30 polis əməkdaşının nəzarəti altında keçirilib. Prosesi izləmək istəyən jurnalist polis və nəzarətçilər tərəfindən məhkəməyə buraxılmayıb.

Son prosesdə hakim həbs edilənləri son söz verib, lakin gənclər hələ buna hazır olmadıqlarını deyib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Həbs edilənlərin yaxınları sayta bildiriblər ki, ortada zərərçəkən yoxdur. İlkin məhkəmə prosesində istintaqın zərərçəkən kimi tanıdğı adam şikayətçi olmadığını bildirib. Ancaq məhkəmə buna məhəl qoymur. İndiyədək verilən vəsatətlərin heç biri qəbul edilməyib. Həbs edilənlər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

Xatıraladaq ki, Bəylər Əyyubovun Osman İsayev adlı qohumunun həbs edildiyi haqda bir neçə gün qabaq “azadliq.info” məlumat vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar