Ermənilər Kəlbəcərdən Ermənistana yolun inşası üçün pul yığırlar

Qarabağ separatçılarının lideri Bako Saakyan erməni diasporunun yaşadığı ölkələrə turneni davam etdirir. Məqsəd “Hayastan” Fonduna vəsait toplamaqdır.

Noyabrın 28-də Los-Anjelesde telemarafon keçirilib və $22, 6  mln. toplanıb. Bu vəsait 115 km. uzunluğunda Vardenis-Mardakert yolunun inşasına sərf olunacaq. Yol Ermənistanı Kəlbəcər vasitəsilə Dağlıq Qarabağla birləşdirəcək. Bu yolun istismara düşməsi ilə Ermənistandan Qarabağa yol iki dəfə azaldılacaq. Hazırda  Ermənistandan Qarabağa Laçın vasitəsilə yalnız bir yol var.

Yeni yol mühüm hərbi əhəmiyyət daşıyacaq, hərbi əməliyyatlar regionuna qüvvə və vasitələrin çıxarılması üçün alternativ yol olacaq. Lakin yoldan əlavə 16 körpünün inşası da lazımdır. Hazırda bu yol pis vəziyyətdədir və oradan keçmək çətindir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar