AŞPA-nın sessiyasında Azərbaycanda mətbuat azadlığı müzakirə olunacaq

AŞPA-nın qıs sessiyasına (26-30 yanvar) Avropada mətbuat azadlığı haqqında qətnamə layihəsi çıxarılacaq.

Sənədin layihəsi AŞPA-nın saytında dərc edilib. Sənəddə deyilirki, bəzi Avropa ölkələrində söz və KİV azadlığının boğulması ilə bağlı ciddi hallar baş verir. Qətlə yetirilən mətbuat işçiləri arasında azərbaycanlı jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının, həmçinin Anna Politkovskaya, Pavel Xlebnikov, Georgi Qonqadze, Qrant Dinkin adları sadalanır.

Həmçinin Azərbaycanda həbs olunmuş jurnalist, ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını açıqlayan Xədicə İsmayılovanın işindən danışılır.

Qətnamədə Bakı həbsdə olan jurnalistlərin dərhal azad edilməsinə, onlara qarşı təqiblərə son qoyulmasına çağılırır.

Layihə AŞPA üzvlərindən ibarət qrup tərəfindən hazırlanıb. Bura erməni nümayəndə heyətinin üzvləri də daxildir.

Öz növbəsində Azərbaycan tərəfi “Kəlbəcər partizanları”- Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini AŞPA-nın müzakirəsinə çıxarmaq niyyətindədir. Onlar ermənilərin nəzarətində olan Kəlbəcər rayonunda təxribat və qətl törətməkdə ittiham olunurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar