"İSLAM DÜNYASINA QARŞI BÖYÜK BİR ƏMƏLİYYAT HƏYATA KEÇİRİLİR" - Ərdoğan - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində təşkil olunan İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında tarixi çıxış edib."AzPolitika.info"nun məlumatına görə, İslam ölkələrinə qarşı ciddi bir əməliyyat hazırlanıb, həyata keçirildiyini deyən Ərdoğan Avropaya, Qərb dünyasına qarşı ciddi ittihamlar irəli sürüb. Ərdoğan dünyanın hələ də I Dünya Müharibəsinin nəticələrinə əsaslanan şərtlərlə idarə olunduğunu vurğulayaraq, bunun dəyişdirilməli olduğunu bildirib. BMT-nin Təhlükəsizlik Şurasında İslam dünyasından heç bir ölkənin təmsil olunmamasına toxunan Ərdoğan bunu əldə etmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri birliyə çağırıb. Həmin çıxışın video mətnini təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar