KRIMIN TÜRK TARİXİ - Məqalə

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

2014-cü ilin fevralından başlamış məlum Ukrayna hadisələri Krım problemini artıq bir xalqın taleyinə təsir göstərən lokal xarakterli məsələ çərçivəsindən çıxararaq, regional və qlobal sabitliyə real təhlükə yaradan qlobal problemə çevirmişdir. Təəssüf ki, bu proseslərdə ən böyük zərbəyə məruz qalan geo-siyasi mübarizənin əks cinahlarında dayanan supergüclər deyil, məhz Krım türkləridir.

SSRİ dağıldıqdan sonra Krım yarımadası muxtar qurum kimi Ukraynanın tərkibində geniş hüquq və azadlıqlar əldə etmişdi. Belə bir şəraitdə Krım türklərinin öz mədəniyyətini, tarixini, dilini qorumaq və inkişaf etdirmək üçün ciddi maneə yox idi. Obyektivlik naminə qeyd etməliyik ki, tam istiqlaliyyətə qovuşmasalar da, muxtariyyətin verdiyi imkanlardan istifadə edərək, Krım türkləri Ukraynanın tərkibində özlərini daha rahat hiss edirdilər. Lakin Ukraynanın Qərbə doğru geopolitik seçim etməsi ilk növbədə regionun ən həssas bölgəsi olan Krımı növbəti dəfə faciəyə uğratdı. Öz dil və din qardaşına revanşist mövqe sərgiləyən Rusiya yenidən oyanmış imperialist maraqlarını bölgədə təmin etməyin bir vasitəsi kimi Krımı hədəf seçdi. Tarixin vurduğu yaraları sarımağa macal tapmamış Krım türkləri yenidən imperiya boyunduruğu altına düşdülər. Hadisələrə yalnız XX əsr prizmasından, yəni yalnız öz mənafeyinə uyğunluq mövqeyindən baxaraq, Krımın 1954-cü ildə Sovet İttifaqı tərkibində Ukrayna Sovet Sosialist Respublikasına verildiyini bəhanə gətirən Rusiya Krımı yenidən işğal etdi. Tarixi gerçəklikləri saxtalaşdırmaqdan çəkinməyən rus millətçiləri bu işğalı Rusiyanın “tarixi qələbəsi” adlandırsa da, Krımın türk tarixi qarşısında istər hüquqi və istərsə də mənəvi müstəvidə bu işğala haqq qazandırmaq mümkün deyil.

2014-cü ilin martında Krım yarımadasında təşkil edilmiş qondarma referendum Krımı yenidən Rusiyanın inzibati sərhədləri çərçivəsinə qaytardı. Rusiyanın hakim dairələri bu referendumun “şəffaf”, əhalinin böyük əksəriyyətinin iştirakı ilə keçirildiyini iddia etdilər. Iki yüz ildən artıq müddətdə Rusiya imperiyasının tərkibində təqiblərə, işgəncələrə, ayrı-seçkiliyə məruz qalmış bir toplum hansı əsaslarla yenidən imperiya asılılığına düşməyə “hə” deyə bilərdi?! Odur ki, qondarma referendumun keçirilməsindən dərhal sonra Krım Tatarları Məclisi Baxçasarayda toplaşaraq yarımadanın ərazisində Krım Tatar Muxtar Vilayətinin yaradıldığını elan etdi. Bu addım əslində, heç bir beynəlxalq hüquq normasına sığmayan qeyri-qanuni anneksiyaya etiraz nümayişi idi. Muxtariyyət elan edilməsi ilə bağlı beynəlxalq ictimaiyyəti, BMT-ni, Avropa Şurasını, ATƏT-i, İslam Konfransı Təşkilatını rəsmi şəkildə məlumatlandırmaqla Məclis yarımadada baş verən ilhaq prosesinin Krım türklərinin iradəsi xaricində baş verdiyini bir daha bəyan etdi. Məhz o gündən etibarən Krım türklərinin hüquq və azadlıqları uğrunda mübarizə aparan şəxslərin öz doğma yurdlarını tərk etməyə məcbur edilməsi və Krım Tatar Milli Məclisinin sədri Mustafa Krımoğlunun yarımadaya qayıdışına yasaq qoyulması hazırda Krımda real durumun nə qədər acınacaqlı olduğunu göstərir. Bu barədə Britaniynın məşhur “The Sunday Times” qəzeti yerli əhaliyə istinadən məlumat verir ki, “... Krım tatarlarının hüquqlarının kobudcasına pozulmasına qarşı hər hansı formada etiraz edilməsi insanların həyatı bahasına baş gələ bilər. Krımın qeyri-qanuni anneksiyasına qarşı çıxan bir çox fəalların itkin düşməsi və ya qeyri-müəyyən şəraitdə öldürülməsi hallarına tez-tez rast gəlinir.” Bu, artıq Krım türklərinə qarşı başlanan repressiya siyasətinin yeni dalğasından xəbər verir.

Təəssüf doğuran digər məqam ondan ibarətdir ki, müasir dünya siyasətinin əsas oyunçuları Ukrayna ətrafında baş verən proseslərdən maksimum siyasi divident əldə etməyə çalışmaqdadırlar. Bu isə son nəticədə Krım türklərinin hüquq və azadlıqlarının beynəlxalq miqyasda müdafiəsini arxa plana keçirir. Həmin dairələr Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini, Rusiyanın beynəlxalq hüquq normalarını pozmasını pafoslu şəkildə bildirsələr də, siyasi gərginliyin mərkəzində dayanan Krım türklərinin bir millət olaraq muxtariyyət statusunda mövcudluq haqqının tanınmasına, onların pozulmuş hüquqlarının bərpasına dəstək verməyə heç də həvəsli görünmürlər. Avropa İttifaqı Parlamentinin qəbul etdiyi 13 mart 2014-cü il tarixli Qətnamədə Krımda keçirilmiş referendumun qeyri-qanuni olduğu bildirilsə də, etnik azlıq adlandırılan, əslində, yarımadanın əhalisinin əhəmiyyətli qismini təşkil edən Krım türklərinin hüquq və azadlıqlarının təmin edilməsinin zəruriliyi barədə heç bir müddəaya rast gəlinmir. Yalnız BMT Baş Assambleyası tərəfindən 27 mart 2014-cü ildə qəbul edilmiş Bəyannamədə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edilməklə yanaşı Krım türklərinin pozulmuş hüquqlarının da bərpa edilməsinin vacibliyi qeyd edilmişdir.

Krımın türk tarixinin formalaşmasında böyük rol oynamış Osmanlı imperiyasının sələfi kimi Türkiyənin Krım məsələsində qəti mövqe nümayiş etdirməməsi də təəssüf hissi doğurur. Krım türkləri haqlı olaraq Türkiyədən daha ciddi dəstək əldə edəcəklərini gözləyirdilər. Bu, həm də böyük türk dünyasının aparıcı dövləti kimi Türkiyənin tarixi-mənəvi borcu idi. Lakin Türkiyənin Krım böhranı meydana çıxdığı zamandan bu günədək sərgilədiyi siyasi mövqe onu deməyə əsas verir ki, Türkiyənin Ukrayna və Rusiyaya münasibətdə yürütdüyü xarici siyasət koordinatlarında Krım türkləri həlledici amil kimi nəzərə çarpmır. Halbuki təkcə türk dünyasının bir parçası olan Krımın deyil, eyni zamanda, Türkiyənin özünün geopolitik maraqları və beynəlxalq siyasətdə Türkiyənin mövqeyinin güclənməsi baxımından bu məsələyə daha konstruktiv və daha qətiyyətli yanaşmaq zərurəti aydın görünür. Dünya türklüyünə bu haqqı tanıyan və tanıdan ən kəsərli arqument isə elə Krımın türk tarixidir.

Krımın türk tarixi – türk birliklərinin Avrasiyanın şərqindən qərbinə doğru yayılmalarının ilk dövrlərindən başlayır. XIII əsrə qədər Krım yarımadası, əsasən, Roma və Bizans imperiyalarının təsir dairəsində olsa da, bir çox tarixi mənbələr bu bölgəyə türksoylu qıpçaqların gəlişinin hələ V-VI əsrlərdən etibarən başladığını təsdiq edir. Sonrakı əsrlərdə digər türk tayfalarının da Krım yarımadasına yayılması daha geniş vüsət alaraq, yarımadanın etnik mənzərəsini tamamilə türklərin xeyrinə dəyişmişdi. Nəticədə, XIII əsrin əvvəllərindən Krım ərazisində ardıcıl olaraq Türk, Monqol, Qızıl Orda hakimiyyətləri mövcud olmuşdur. Tarixən türklərin yayıldıqları ərazilərdə zəngin dövlətçilik ənənələrinin əsasını qoyması Krımdan da yan keçməmişdi. Qızıl Ordanın əhəmiyyətli dərəcədə zəifləməsindən istifadə edən Krım türkləri I Hacı Girayın rəhbərliyi ilə 1441-ci ildə tarixdə ilk dəfə müstəqil Krım xanlığının əsasını qoydular. 1453-cü ildə Konstantinopolun fəthi bütün regionda geosiyasi durumu türklərin xeyrinə dəyişdi. Yaranmış əlverişli şəraitdən istifadə edən Krım xanlığı Osmanlı imperiyası ilə ittifaqa girməklə düşmənlərə qarşı güclü cəbhə formalaşdırmağa nail oldu. 1475-ci ildə Krım xanlığı Osmanlı imperiyasının təbəəliyinə keçsə də, geniş miqyasda muxtariyyət hüquqları əldə edərək, XVIII əsrin sonlarına qədər öz dövlətçiliyini qoruyub saxlaya bildi. Beləliklə, ötən ən azı beş yüz il ərzində bu regiona türklərin ruhu hopmuşdu.

Özünün avantürist çıxışları ilə tanınan rus siyasətçisi V. Jirinovskinin Krımın adının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklif də təsadüfən səsləndirilmir.Türklərin Krım yarımadasında uzun müddətdən bəri məskunlaşdığını göstərən başlıca faktlardan biri elə bu yarımadanın adı ilə bağlıdır. Zaman keçdikcə linqvistik transformasiyaya uğrayan türk kökənli “Qırım” (qala), “Qurum” (müdafiə), “Qurimaq” (qorumaq) ifadələri sonda Krım olaraq türk toponimləri arasında özünə yer tapmışdır. Bu coğrafi məkanın istər mədəniyyətində, istər tarixində türk izləri çox aydın şəkildə indi də görünməkdədir. Krımın özünəməxsus cəhətlərindən biri də tarixən burada məskunlaşmış müxtəlif türk qollarının və qruplarının qaynayıb-qarışmasından yaranmış türk birliyinin təşəkkül tapması idi. Bu baxımdan, Krımı böyük və rəngarəng türk dünyasının bütün zənginliklərini özündə əks etdirən unikal etnotarixi və etnomədəni məkan hesab etmək olar.

İslam dininin türklərin məskunlaşdığı bütün ərazilərdə əsas etiqad vasitəsinə çevrilməsi də Krımdan yan keçməmişdi. İslam dini Krım xanlığında dövlət dini statusuna malik idi. Lakin islamın yayıldığı digər ərazilərdə fəaliyyət göstərən mədrəsələrdən fərqli olaraq, Krım mədrəsələrində təkcə Quran öyrədilmirdi, eyni zamanda, astronomiya, ritorika, hüquq elmi də tədris olunurdu. Krım xanlığının paytaxtı olmuş, toponim kimi türk dilinin estetik gözəlliyini bu günədək yaşadan Baxçasaray həm də məşhur elm və ədəbiyyat mərkəzi kimi tanınırdı.

Krım xanlığının ərazisi Krım türklərinin kompakt yaşadığı bugünkü Krım yarımadasından daha geniş ərazini əhatə edirdi. XVII əsrdə Krım xanlığı Ukraynanın cənub ərazilərinin böyük qismini və Rusiyanın hazırki cənub-qərb ərazilərini əhatə edirdi. Hətta orta əsrlərə aid bir çox mənbələr Krım xanlığının yüksəlişindən təşvişə düşən rusların XVI-XVII yüzilliklərdə Moskvanın müdafiə qalalarını möhkəmləndirdiyi, Moskva ətrafında əlavə istehkamlar inşa etdiklərii barədə məlumat verirlər. O zamankı Krım türklərinin heç ağlına da gəlməzdi ki, nə vaxtsa bu qala divarlarının içində Krımın türk tarixini dəyişməyə yönəlmiş, insanların doğma yurdlarından kütləvi sürgününə səbəb olacaq çirkin və xəyanətkar qərarlar veriləcək. Bu proses isə artıq XVIII əsrin sonundan etibarən özünü göstərirdi. Krım xanlığının 1784-cü ildə Rusiya imperiyasının asılılığına düşməsi ilə bölgənin inzibati sərhədləri imperiya maraqlarına uyğun şəkildə dəyişdirildi, parçalandı, etnik rusların bu əraziyə kütləvi şəkildə köçürülməsi ilə Krım türklərinin assimilyasiya siyasətinə start verildi.

Əslində Avropanın bu ərazisində geopolitik üstünlük uğrunda mübarizənin tarixi daha əvvəllərə söykənir. Yerləşdiyi əlverişli geopolitik məkan Krımı daim diqqət mərkəzində, təlatümlü siyasi proseslərin içində saxlamışdır. Hələ orta əsr Avropasının müharibə strateqləri Krımı regionda hərbi, siyasi üstünlüyün əldə edilməsi üçün açar nöqtələrdən biri hesab edirdilər. Orta əsrlərdən bu günədək Avropanın siyasi xəritəsi, bütövlükdə siyasi münasibətlərin xarakteri tamamilə dəyişsə də, Krım yarımadası əlverişli geopolitik məkan kimi öz aktuallığını bu günə qədər saxlamaqdadır. Krıma nəzarət bütün Qara dəniz hövzəsinə nəzarət etmək anlamını verir. 1853-1856-cı illərdə müttəfiq Fransa, Britaniya və Osmanlı imperiyaları ilə Rusiya imperiyası arasında baş vermiş məşhur Krım müharibəsinin də əsas səbəbi elə bu idi. Müharibənin əsas məqsədi Rusiya imperiyasının Qərbə qarşı ekspansiyasının qarşısını almaq olsa da, Krım türklərinə münasibətdə daha ciddi əks effekt verdi. Müttəfiq güclər bu müharibədən üstünlüklə ayrılsa da, Krım türkləri növbəti müharibə alovundan, Rusiyanın imperialist qəzəbindən yaxa qurtarmaq üçün digər qonşu dövlətlərə köç etmək məcburiyyətində qaldılar. Əslində, Krım türklərinin kütləvi şəkildə digər ərazilərə məcburi qaydada köçürülməsi də elə bu dövrlərdən başlayıb. O zamandan 150 ildən çox vaxt keçsə də, bu çəkişmələrin doğurduğu yaralar Krım türklərinin köksündə bu gün də hiss olunmaqdadır.

Çar Rusiyasının süqutuna səbəb olmuş 1917-ci il Oktyabr İnqilabı digər türk toplumları kimi Krım türklərinin də dövlətçiliyinin bərpası üçün tarixi fürsət yaratmışdı. Krım azadlıq hərəkatının nümayəndələri bu fürsətdən yararlanaraq qısa müddətə olsa da, Krım türklərinin azadlıq arzusunu gerçəyə çevirməyi bacardılar. 1917-ci ilin dekabrında Krım Tatarları Qurultayının təşəbbüsü ilə Krım Xalq Respublikasının yaradıldığı elan edildi. Lakin bolşeviklərin yarımadada baş verən prosesləri ideoloji təhlükə mənbəyi kimi gördüklərindən tezliklə Krım Xalq Respublikasının süqutu üçün bütün imkanlar səfərbər edildi. Krım türklərinin istiqlal mübarizəsini elə beşiyindəcə boğmaq üçün yarımadada növbəti repressiya dalğası başladı. Təsadüfi deyil ki, bu hadisələrdən sonra bölgədə etnik təmizləmə və ruslaşdırma siyasəti daha ardıcıl və daha qəddarcasına həyata keçirilməyə başladı. Sonrakı onilliklərdə də bu repressiyaları davam etdirmək üçün Stalin rejimi hətta müharibə şəraitindən sui-istifadə etməkdən belə çəkinmədi. Stalin rejimi Krım yarımadasının SSRİ üçün geopolitik önəmini anlayaraq, sərəncamında olan bütün şər vasitələrlə bu bölgədə rusların sözsüz hegemonluğunu təmin etməyi qarşısına məqsəd qoymuşdu. Türk dünyasının Qərbə açılan pəncərəsi rolunu oynayan Krımın türk əsilli əhalisi isə bu yolda əsas maneə kimi görülürdü. Eyni zamanda, Krım türklərinin Türkiyə ilə olan coğrafi və mənəvi yaxınlığı Stalin rejimini narahat etməyə bilməzdi. Gələcəkdə bu bağlılıqdan doğa biləcək istiqlal mübarizəsini istisna etmək üçün totalitar hakimiyyət Krım türklərinin kütləvi deportasiyası yolunu seçdi. O zaman “vətənə xəyanət” kimi qondarma ittihamla üz-üzə qalan Krım türkləri onlara qarşı yürüdülən çirkin siyasətə müqavimət göstərmək iqtidarında deyildilər. 10 may 1944-cü ildə Beriya tərəfindən Krım türklərinin guya Hitler Almaniyası ilə əməkdaşlıq etməsi haqqında saxta iddia irəli sürüldü. Bu iddia ilə rəsmi olaraq Krım türklərinin deportasiyasına başlanıldı, kütləvi köçürmə planı çox qısa zaman kəsiyində həyata keçirildi. Təkcə 18-22 may tarixlərində (cəmi 4 gün ərzində!) 200 min türk (bəzi mənbələr bu rəqəmin 400 min olduğunu bildirir) öz dogma torpaqlarından sürgün edildi. Sərt iqlimi ilə seçilən Daşkənd, Səmərqənd, Əndican, Fərqanə vilayətləri Krım türklərinin məcburi yaşayış məskənlərinə çevrildi. SSRİ Dövlət Müdafiə Komitəsinin qərarında Krım türklərinin Özbəkistana köçürülməsi qeyd olunsa da, onların bir hissəsi, eyni zamanda, Qazaxıstan, Tacikistan və Urala sürgün edilmişdi. Deportasiya qurbanlarının təxminən yarısı köçürmə planının həyata keçirildiyi müddət ərzində öz həyatını itirdi. Əslində bir toplumun total məhvinə hədəflənmiş bu iyrənc akta soyqırımdan başqa bir ad vermək mümkün deyildi. Bir türk yurdundan ucsuz-bucaqsız ölkənin hər tərəfinə sürgün edilmiş Krım türkləri 40 ildən çox müddətdə yurd həsrəti ilə yaşamağa məcbur oldular. Sovet rejimi bununla kifayətlənməyərək, daha bir tarixi ədalətsizliyə qərar verdi: Krım və Türk məfhumlarını birdəfəlik bir-birindən ayırmaq və deportasiya edilmiş yerli əhalinin gələcək nəsillərini bu torpaqlara yadlaşdırmaq üçün Krım yarımadasında mövcud olan əksər türk toponimləri dəyişdirildi. Əsas məqsəd nəyin bahasına olursa olsun tarixi gerçəkliyi saxtalaşdırmaqla yarımadada türk izini itirmək idi.

Lakin amansız repressiya dalğası Krım türklərinin mənəviyyatını, iradəsini sındıra bilmədi, öz tarixi köklərinə bağlılığını qıra bilmədi. Bəlkə də Krım türklərinin yerinə digər toplum olsa idi, assimilyasiya təhlükəsindən qurtula bilməzdi. Amma Krım türkləri daha şərəfli və keşməkeşli mübarizə yolunu seçdilər: Öz kimliklərinə və tarixi keçmişlərinə sadiqlik nümayiş etdirərək nəyin bahasına olursa olsun vətənlərinə qayıtmaq yolunu!

Keçən əsrin 80-ci illərində Sovet imperiyasının zəifləməsi ilə Krım türklərinin milli mübarizəsi aktiv fazaya keçdi. SSRİ-nin dörd bir tərəfinə səpələnmiş Krım türklərinin təşkilatlanaraq Moskvada davamlı nümayişlər təşkil etməsi sonda öz bəhrəsini verdi. SSRİ rəhbərliyi Krım türklərinin vətənə xəyanət “ittihamını” rəsmən ləğv etdi. Beləliklə, öz yurdlarından didərgin salınmış Krım türkləri 43 ildən sonra doğma torpaqlarına qayıtmağa başladılar. Onlar geri qayıtdığı zaman heç də hər şey əvvəlki kimi deyildi. Dağıdılmış, simasını itirmiş ata yurdları, sonradan məskunlaşdırılmış yabançı toplum, rusdilli əhalinin dominantlığı, Krımın həqiqi keçmişini silmək məqsədilə sistemli şəkildə həyata keçirilmiş tədbirlərin doğurduğu acı mənzərə... Lakin ağrılı-acılı günlərə tarixin sınaq gözü ilə baxan Krım türkləri özlərinin yenilməz ruhu ilə təkcə türk insanının deyil, bütövlükdə bəşər övladının əyilməzlik, qəhrəmanlıq və nikbinlik nümunəsinə çevrilməyi bacardılar.

Krım, eyni zamanda, ümumtürk intellektual hərəkatının ocaqlarından biri kimi tanınır. Krım türk dünyasına bir sıra parlaq zəka sahibləri, siyasi fikir xadimləri bəxş etmişdir. Təkcə türk dünyasının deyil, eyni zamanda, bütün islam coğrafiyasının siyasi, mədəni islahatlara, müasirləşməyə ehtiyacı olduğunu açıq dillə, aydın bir məntiqlə ifadə etmiş və bütün həyatını bu zərurətin gercəkləşməsinə həsr etmiş İsmayıl bəy Qaspıralı həmin mütəfəkkirlərdən biri olmuşdur. Onun təsis etdiyi və 35 il ərzində fəaliyyət göstərmiş “Tərcüman” qəzeti türk xalqlarının birliyi ideyasının yayılmasında xüsusi rol oynamışdır. İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” şüarı həmin birliyin yaradılmasının rasional əsaslarını və istiqamətlərini müəyyən etmişdir. Eyni zamanda, İsmayıl bəy Qaspıralı türk və islam dünyasının maarifçilik hərəkatının nümayəndələri ilə sıx münasibət yaradaraq bu coğrafiyada təhsil sisteminin universal və dünyəvi xarakter almasına öz töhfəsini vermişdir. Məkanca nə qədər bir-birindən uzaq olsa da, eyni amal uğrunda mübarizə İsmayıl bəy Qaspıralının türk dünyasının digər görkəmli şəxsiyyətləri olan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov ilə münasibətlərini sarsılmaz dostluğa çevirmişdir. İki qədim türk yurdu olan Krım və Azərbaycanın mənəvi bağlılığını göstərən digər tarixi fakt türk dilçiliyinin inkişafında önəmli yer tutmuş Bəkir Çobanzadənin 14 il ərzində Krım-tatar-türk ədəbiyyatı və dilçiliyi sahəsində fəaliyyətini məhz Bakıda davam etdirməsidir. Keçmiş Sovetlər məkanında türkologiya sahəsində ilk elmlər doktoru olmuş Bəkir Çobanzadə də təəssüf ki, digər aydınlar kimi Stalin repressiyalarının ilk qurbanlarından oldu.

Krım torpağının yetişdirdiyi III İslam Geray (29-cu Krım xanı, 1644-1654), İsmayıl bəy Qaspıralı, Noman Çelebicihan (1917-1918-ci illərdə Krım türkləri milli hərəkatının lideri, Krım Milli Hökumətinin sədri), Bəkir Çobanzadə, Cengiz Dağcı (müasir Krım yazıçısı) kimi görkəmli şəxsiyyətlər təkcə Krım yarımadasında yaşayan türklərin özünüdərki, mədəniyyəti, ictimai-siyasi fikrinin inkişafı üçün deyil, bütövlükdə türk dünyasının intibahı üçün çalışmışlar. Bu, həm də Krımın tarixən türk coğrafiyasının ayrılmaz parçası olduğunu tam aydınlığı və genetik bağlılığı ilə sübut edir.

Krım ətrafında cərəyan edən proseslərin beynəlxalq hüquq normalarının, xüsusilə də Krım türklərinin hüquq və azadlıqlarının kobud surətdə pozulması fonunda baş verdiyi bu günün danılmaz gerçəyidir. Digər bir gerçəklik isə ondan ibarətdir ki, bu gün Krım türkləri öz iradəsi ilə formalaşmayan siyasi mühitdə yaşamaq məcburiyyətindədirlər. Ukraynanın tərkibində olduğu dövrdə də Krım türkləri onlara verilmiş muxtariyyət hüquqlarından istifadə etsələr də, faktiki olaraq onların hüquq və azadlıqları tam təmin edilməmişdi. Krım türklərini məyus edən Ukrayna hökumətinin Krım ətrafında baş verən proseslərə çox gec reaksiya verməsi, guya Rusiya ilə açıq konfliktə girməmək üçün hərbi qüvvələrini Krımdan asanlıqla çıxarması, ölkənin parçalanmasına gətirib çıxaran hadisələr fonunda təslimçiliyə bərabər qətiyyətsizlik nümayiş etdirməsidir. Ukrayna parlamenti tərəfindən Krım türklərinin Ukraynanın yerli əhalisi kimi hüquq və azadlıqlarına tam təminat verilməsi haqqında qərar da yalnız Krımın ilhaqı prosesinə start verildikdən sonra qəbul edildi. Proseslər artıq geridönməz xarakter almışdı və bu çox gecikmiş bir qərar oldu. Beləliklə, Krım ətrafında yaranmış hazırki situasiya onu deməyə əsas verir ki, Krım türkləri üçün artıq Ukrayna hakimiyyəti də nə zamansa onların hüquq və azadlıqlarını tam təmin edəcək qədər səmimi görünmür. Krımda keçirilmiş qondarma referendumu dəstəkləməməsi isə Kremlin Krım türklərinə qarşı revanş götürməsinə əsas vermişdir. Rus imperializminin öz siyasi opponentlərinə qarşı amansızlığı onun cəmi 300 illik dövlətçilik tarixindən yaxşı məlumdur. Bu baxımdan, Krım türklərinin hüquq və azadlıqlarının təmin olunması uğrunda apardıqları mübarizə yeni mərhələyə - “Olum ya Ölüm” mərhələsinə qədəm qoymaqdadır. Qüvvələr nisbəti müqayisə gəlməz dərəcədə fərqli olsa da, “ümid ən sonda ölür” deyiblər. Dünya dəyişir. Bu gün Rusiya ətrafında baş verənlər təsadüfi deyil. Bu hadisələr keçən əsrin 90-cı illərində başlamış imperiya süqutunun sonundan xəbər verir. O zaman Sovet İttifaqının çökməsi hələ imperiyanın çökməsi deyildi. Hələ indi Ukraynanın Avropa Birliyinə inteqrasiya yolunu seçməsi ilə imperiyanın dirçəlməsinə bəslənən son ümid ölməkdədir. Krımın işğalını, Ukraynanın cənub-şərq vilayətlərinin təsir altında saxlanmasını şərtləndirən əsas səbəb də məhz budur. Lakin bu gün beynəlxalq siyasətdə cərəyan edən proseslər elə məcrada dərinləşə bilər ki, mövcud tendensiya Krım türklərinin tarixən yaşadığı etnocoğrafi ərazidə daha geniş müstəqillik uğrunda mübarizəsinə və bu mübarizənin real nəticələr verməsinə yol aça bilər. Gələcəyin siyasi tarixi bu imkanların gerçəkləşməsi istiqamətindədir. Bu gün və gələcəkdə Krım türklərinin qarşısında dayanan ən ümdə məqsəd tarixi ədaləti bərpa etmək - Krımın türk tarixini yenidən onun özünə qaytarmaqdır. İndiyə qədər tarixin bütün acı sınaqlarından keçmiş krımlılar bu çətin missiyanın da öhdəsindən gəlməkdə israrlı görünürlər.

Sözsüz ki, Krım türkləri bu mübarizədə bilavasitə türk dövlətlərinin, bütövlükdə isə beynəlxalq birliyin dəstəyini bütün gücü ilə hiss etməlidir. Yalnız bu yolla Krım türkləri qarşılarına qoyduqları missiyanı gələcəkdə gerçəkləşdirə və hələliksə getdikcə daha təhlükəli xarakter almaqda olan yeni repressiya dalğasını önləyə bilərlər. Bu müqəddəs mübarizə yollarında dünya türklüyünə və Krım türklərinə tükənməz güc və yenilməz iradə arzusu ilə...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price