Ukrayna: Yanukoviçin iqamətgahına buldozerlə hücum elədilər- VİDEOLAR- FOTOLAR- YENİLƏNİR

Kiyevdə prezident iqamətgahı qarşısındakı toqquşmalardan sonra bir qrup nümayişçi Viktor Yanukoviçin şəhər ətrafında yerləşən Mejiqorye iqamətgahına doğru avtomobillərlə yürüş edib.

Yanukoviçin şəxsi iqamətgahına doğru 300-dən çox avtomobillə nümayişçilərin hərəkət etdiyi bildirilir. Milis iqamətgaha gedən yolu avtobuslarla bağlayıb. Məhkəmə isə təcili olaraq iqamətgahın yerləşdiyi rayonda hər hansı aksiyanın keçirilməsini qadağan edib.

Xəbərlərə görə, Yanukoviç hazırda Mejiqorye iqamətgahında Milli Təhlükəsizlik Şurasının iclasını keçirir və ölkədə fövqəladə vəziyyət elan edilməsi məsələsini nəzərdən keçirir.

“OPORA” vətəndaş cəmiyyəti hərəkatı bildirir ki, hökumət mitinqləri dağıtmaq üçün Rusiyadan kömək xahiş edib. Bu xahiş əsasında Rusiya Daxili Qoşunlarının xüsusi təyinatlı “Vityaz” bölmələrinin Kiyevə göndərildiyi iddia olunur. Hərəkatın bildirdiyinə görə, artıq rus xüsusi təyinatlılarından ibarət dörd avtobus Kiyev ətrafında gözləyir. Ukrayna DİN isə bu iddianı rədd edib və məlumatı “şayiə” adlandırıb.

19:10 : Yanukoviçin iqamətgahı qarşısında toqquşma

Ukrayna Prezident Administrasiyasına hücum edənlər geri çəkilib. Berkut xüsusi təyinatlıları Administrasiyaya hücum edənlərə zor tətbiq edərək, onları geri sıxışdırıb. Əməliyyat zamanı qarşıdurma yaranıb, xəsarət alanlar var. Etirazçılardan bəziləri aqressiv hərəkətlər ediblər. Administrasiyanın binasına tərəf “Molotov2 kokteyli atıb. Milis gözyaçşardıcı qazdan və səs qumbaralarından istifadə edib. Ukrayna KİV-in məlumatına görə, hadisələr zamanı 15 milis əməkdaşı da xəsarət alıb.

Müxalifət liderləri bəyan ediblər ki, Administrasiyaya hücumun onlara aidiyyatı yoxdur. Bunu Yanukoviç hökumətinin özü təşkil edib. Məqsəd Kiyevdə fövqəladə vəziyyət elan etməkdir.

Bu arada bəlli olub ki, Yanukoviç Kiyev ətrafındakı iqamətgahındadır. Onun hökumət üzvləri ilə yaranmış vəziyyətə dair müşavirə keçirdiyi xəbər verilir.

Hökumətdəki mənbələrdən “Pia Novosti” agentliyinə məluma olub ki, dekabrın 2-də ölkədə fövqəladə vəziyyət elan oluna bilər.

***

Ukrayna İctimai televiziyasının müxbiri xəbər verib ki, naməlum şəxslər buldozerlə Prezident Administrasiyasına hücuma keçiblər. Onlar Administrasiyanı əhatəyə alan Berkut xüsusi təyinatlılarının avtobuslarını itələyib binaya doğru yol açırlar. Administrasiyanın həyətinə tüstü şaşkaları atılır.

Bu arada “Azadlıq” və “Batkivşina” partiyalarının fəalları Həmkərlar İttifaqının binasını ələ keçiriblər. “Azadlıq”ın sədri Tyaqnibok mitinqçiləri çadırlar qurmağa və həmkarların binasından qərargah kimi istifadə etməyə çağırıb.

Mitinqçilər həmçinin, Kiyev şəhər dumasını da ələ keçiriblər.

“Üçüncü Ukrayna Respublikası” hərəkatının sədri Yuri Lutsenko Maydanda çıxış edərək deyib ki, bu, mitinq deyil, inqilabdır.(azadlıq.info)

15:20: Etirazçılar yenidən Maydana girdi

Kiyevdə Yanukoviç hökumətinin istefası və Avropaya inteqrasiya tələbi ilə mitinq keçirənlər yerli vaxtla saat 13 radələrində yenidən paytaxtın baş meydanına – Müstəqillik meydanına (Maydan) giriblər. Şevçenko parkından hərəkətə başlayan etirazçılar Maydana çatanda oranı mühasirədə saxlayan polislər ərazini tərk ediblər. Etirazçılar Maydana Yolka qurmaq üçün gətirilən texnika və avadanlıqları oradan təmizləyiblər. Yolka üçün quraşdırlan dirəyə isə Avropa Birliyinin bayrağını asıblar.

***

14:50:Avropalı rəsmilər mitinqə qatıldı

Yanukoviç "Yolumuz Avropayadır" dedi;hakim partiyanın deputatları istefa verir

Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsinin Avropa Birliyi ilə yaxınlaşmasını sürətləndirmək üçün əlindən gələni edəcəyi barədə bəyanat verib (korrespondent.net).

“Ukraynanın iqtisadiyyatımız üçün itkilər olmadan və vətəndaşların həyat səviyyəsi pisləşmədən Avropa Birliyi ilə yaxınlaşması prosesinin sürətlənməsi üçün məndən asılı olan hər şeyi edəcəyəm.

Biz istisnasız olaraq milli maraqlarımızı əsas götürməliyik, öz gələcəyimiz üçün məsuliyyətli olmalıyıq. Biz ölkəmizi Avropanın və dünyanın siyasi xəritəsində böyük və həqiqətən müstəqil dövlət kimi qorumalıyıq.

Ukrayna geosiyasi seçimini edib. Biz Avropa xalqıyıq və yolumuz tarixən müəyyənləşib”, - deyə bəyanatda bildirilir.

Ukrayna prezidenti həmçinin, ölkəsinin müstəqillik aktı ilə bağlı referendumun 22 illiyi ilə bağlı xalqı təbrik edib.

Bu arada Kiyevin milis rəisi Valeri Koryak istefa verib. Bundan əvvəl mitinqin dağıdılması ilə bağlı xidməti yoxlama ilə əlaqədar o, vəzifəsindən müvəqqəti kənarlaşdırılmışdı.

İstefa qərarını milis rəisi bu gün daxili işlər naziri Vitali Zaxarçenkonun iştirakı ilə keçirilən kollegiya iclasında açıqlayıb. Nazir isə bildirib ki, araşdırma müddətində rəis səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. İstefa müraciətinə isə araşdırmalar başa çatdıqdan sonra baxılacaq.

Daxili işlər naziri Zaxarçenkonun özü isə mitinq iştirakçılarına qarşı hədsiz güc tətbiq olunmasına görə xalqdan üzr istəyib.

Ukrayna KİV məlumat verir ki, mitinqçilər hakim partiyadan və universitetlərdən dəstək allıb. Ukraynanın xalq deputatı Nikolay Rudkovski Regionlar Partiyasının parlament fraksiyasını tərk etdiyini və birləşmiş müxalifətin tərəfinə keçdiyini bildirib. Deputat Kiyevdə aksiyanın dağıdılmasından sonra bu addımı atmaq qərarına gəldiyini deyib. O, hökumətin istefasını tələb edib. “Əksər həmvətənlərim kimi hesab edirəm ki, Ukrayna Avropadır”, - deyə Rudkovski bildirib.

Radanın daha iki deputatı - David Jvaniya və İnna Boqoslovskaya da Regionlar Partiyasının parlament fraksiyasını tərk etmək niyyətlərini açıqlayıblar. Sonuncu həm də hakim partiyadan çıxmağı planlaşdırır. Hakim partiyadan deputat Viktor Bondar isə deyib ki, Regionlar Partiyasını 20-yə yaxın deputatın tərk edəcəyi gözlənilir.

Kiyev Politexnik İnstitutu və Qrinçenko adına Kiyev Universitetinin rektorları da müxalifətin aksiyalarını dəstəkləyib. Kiyev Politexnik İnstitutunun rektoru Mixail Zqurovski “Vkontakte” sosial şəbəkəsində yazıb ki, bu günə planlaşdırılan aksiyaya tələbələri ilə yollanacaq.

Qrinçenko adına Kiyev Universitetinin rektorun isə tələbələrin ifadə azadlığını videomüraciəti ilə dəstəkləyib. Viktor Oqnevyuk müraciətində mitinq iştirakçılarına qarşı zorakılıqları pisləyib və tələbələri mövqelərini dinc şəkildə ifadə etməyə çağırıb.

Mixaylovsk meydanında keçirilən mitinqə isə Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç, Avropa Parlamentinin keçmiş rəhbəri Yeji Buzek, Polşa hökumətinin keçmiş rəhbəri Yaroslav Kaçinski də qoşulub.

12:40: Kaçinski etirazçılar arasında

Regionlardan Mixaylovsk meydanına axın var; etirazçılar ümumxalq tətilinə çağırır

Kiyevin Dairə İnzibati Məhkəməsi dekabrın 1-nə keçən gecə Müstəqillik meydanında, Avropa meydanında, həmçinin Bankovaya, Qrushevski, Boqomolts küçələrində dekabrın 1-dən 2014-cü ilin yanvarın 7-dək mitinqlərin keçirilməsinə qadağa qoyub.

Bu barədə Ukraynanın “5-ci kanalı” məlumat yayıb (apa).

Beləliklə, məhkəmə Kiyev meriyasının müraciətini təmin etmiş olub.

Paytaxt meriyasında bildiriblər ki, qadağa yalnız qeyd olunan ünvanlara şamil olunur və şəhərin digər meydan və küçələrində kütləvi aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq edilmir.

“Müstəqillik meydanında və Avropa meydanında mitinqlərin keçirilməsinə qadağa qoyulması ilə bağlı müraciət qeyd olunan ünvanlarda Yeni il yolkalarının quraşdırılması ilə bağlı olub”, deyə şəhər administrasiyasından bildirilib.

Mixaylovsk meydanında isə Avropaya inteqrasiya tərəfdarlarının mitinqi davam edir. Mitinqçilər Vilnüsdə Avropa İttifaqı ilə Assosiasiya sazişinə imza atmayan Yanukoviç hökumətinin istefasını tələb edir. Gecəni meydanda keçirən aksiyaçılara səhər saatlarından etibarən Lvov şəhərindən gələn sakinlər qoşulmağa başlayıb. “İTAR-TASS” agentliyi xəbər verir ki, Lvovdan Kiyevə hökumətin istefasını tələb edənlərə qoşulmaq üçün 10 minədək sakin yollanıb. Onlar avtobus və

şəsxi avtomobillərlər hərəkətə keçiblər. Avtomobil karvanına Vitali Kliçkonun rəhbərlik etdiyi “Zərbə” partiyasından bir neçə deputat rəhbərlik edir. Kliçkonun özü də noyabrın 30-da Lvovda çıxış edərək şəhər sakinlərini Kiyevdəki mitinqə qoşulmağa çağırmışdı.

Ukrayna mətbuatının xəbərinə görə, Kiyevdəki mitinqə ölkənin başqa regionlarından da insanlar gəlməkdədir.

Mixaylovsk meydanında çıxış edən fəallar ölkə əhalisini dekabrın 2-də tətil etməyə çağırıblar. Bildiriblər ki, həmin gün Kiyevdə ictimai nəqliyyat işləməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar