Azərbaycan demokratiya indeksinə görə 148-ci oldu

Britaniyanın “Economist İntelligence Unit-h” analitik mərkəzi “Demokratiya indeksləri - 2014” reytinq cədvəlini açıqlayıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təhqiq edilən 167 ölkə 4 kateqoriyaya bölünüb: tam demokratik, qismən demokratik, hibrid və avtoritar rejimli ölkələr.

Bu zaman əsasın aşağıdakı göstəricilər nəzərə alınıb – seçki prosesi və plüralizm, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, siyasi iştirak, siyasi mədəniyyət.

Reytinq cədvəlində Azərbaycan 148-ci yerə qoyulub. Ölkəmiz Belarus (125), Rusiya (132), Qazaxıstan (137). İranla (158) birgə avtoritar ölkələr qrupundadır.

Gürcüstan (81), Ukrayna (92), Türkiyə (98) hibrid ölkələr hesab edilib. Ermənistan isə hibrid ölkələrlə avtoritar ölkələrin sərhədində yerləşir – 113-cü yer.

Təhqiqatların nəticəsinə görə, dünyada tam demokratik 24 ölkə var. İlk beşlikdə Norveç, İsveç, İslandiya, Yeni Zelandiya və Danimarkadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar