ASLAN ASLANOVA ŞOK İTTİHAMLAR - “Bu, onun cinayətlərinin cüzi hissəsidir”

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son günlər yenidən gündəmə gələn Kənd Təsərrüfatı nazırınin keçmiş müavini Aslan Aslanov barədə şok faktlar açıqlayıb.AzNews.az xəbər verir ki, o, özünün facebook səhifəsində Alanovun dəhşətli qisasçılığından, törətdiyi ağılasığmaz qanunsuz əməllərindən yazıb:

“İki gündür mətbuat 4 saylı qadın cəzaçəkmə müəssisəndə məhkum Lamiyə Quliyevanın uşaq dünyaya gəturməsi barədə yazır. Bu həmin Lamiyədir ki, 2003-cü ilin martında nişanlısı Vüqar Əliyevlə birlikdə o zaman Şəmkir RİH-nın başçısı olan Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirmişdi. Qətlə səbəb isə Ruslanın kafedə insanların yanında Vüqara nişanlısı Lamiyə haqqında nalayiq sözlər deməsi olmuşdu. Ruslan və onun Şəmkirdə törətdiyi əməllər haqqında yazmaq fikrim yoxdur, çünki atasının layiqli balası artıq haqq dünyasına qovuşub, amma bu hadisədən sonra icra başçısı (sonra isə kənd təsərrüfatı nazırınin müavini) Aslan Aslanovun qisasçılığı haqqında bir neçə kəlməyə ehtiyac olduğunu düşünürəm.

Əslində, Ruslanı vuran Lamiyə olsa da, Aslan Aslanov imkan, səlahiyyət və qohumluq əlaqələrindən istifadə edərək, istintaqın və məhkəmənin onun qisasçılıq ambisiyalarına uyğun qərarlar verməsinə nail oldu. Mədəni, intellektual və idarəçilik səviyyəsi xeyli suallar doğuran Aslan Aslanovun qohumluq və digər əlaqələrinə isə xeyli məmur həsəd apara bilərdi. Belə ki, qərb bölgəsində "de facto" qubernatorluq edən Aslanov müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda "Azərneftyağ" birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qaynı idi. Bütün bu imkanlarından istifadə edən Aslanovun qisasçılığı bununla bitmədi. Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evi buldozerlərin qabağına verilərək dağıdıldı, Şəmkirdə sakinlərə oğlu Ruslanın sürdüyü qara rəngdə VAZ-2107 markalı maşını olmaq faktiki qadağan edildi. Ruslanın qətlinin ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı. İndi isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə cəza müddəti bitməli olsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar