Pyotr Poroşenko: “Düşmənin dişlərindən vuracağıq...”

Ukrayna ölkənin cənub-şərqində güc əməliyyatlarının aparıldığı nahiyəyə hərbi ehtiyat qüvvələri cəmləşdirməyə başlayıb. Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Pyotr Poroşenko güc strukturlarının rəhbərləri ilə keçirdiyi müşavirə zamanı deyib.

“Biz həmçinin atılacaq addımları razılaşdırdıq, əgər düşmən atəşkəs rejiminə əməl eləməsə, onun dişlərindən vuracağıq”, - deyə dövlət başçısı xəbərdarlıq edib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda güc orqanları ilə müşavirənin terrorçulara qarşı növbəti addımlar planı hazırlamaq məqsədilə keçirildiyi qeyd olunur.

Musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar