SƏUDİYYƏ KRALI ÖLDÜ - Yeni kralın kimliyi məlum oldu

Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Əl Səud 91 yaşında vəfat edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət telekanalının efirində məlumat verilib.

Qeyd edək ki, kral Abdullah bir müddət əvvəl ağciyər infeksiyası (pnevmoniya) diaqnozu ilə Ər Riyad şəhərinin xəstəxanalarından birinə yerləşdirilib. Son 4 il ərzində kral bir neçə dəfə onurğa sümüyündə əməliyyat keçirib.

Kral Abdullah bin Əbdül Əziz əl Səud ötən gecə vəfat etdikdən sonra taxta Salman ibn Əbdül Əziz əl Səud çıxıb.

Bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalının efirində elan edilib.

Kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar