Fətullah Gülənə növbəti zərbə

Dünya ölkələrindəki Gülən məktəbləri bağlanacaq

Efiopiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu ölkədə bağlanan Gülən məktəblərinin yerinə Milli Təhsil Nazirliyinə bağlı yeni məktəblər açacaqlarını deyib. ANS PRESS-in mlumatına görə, Ərdoğan Gülən məktəblərini “paralel hökumət”lə mübarizə tədbirləri çərçivəsində bağladıqlarını deyib.

Bundan başqa Türkiyə prezidenti getdikləri ölkələrdə dövlət və hökumət rəsmiləri ilə görüşdüklərini, “paralel hökumət” barədə onlara məlumat verdiklərini, onların verdiyi xidmətin Milli Təhsil Nazirliyi tərəfindən veriləcəyini dediklərini bildirib. Ərdoğan, bu çərçivədə nazirlik tərəfindən hazırlanan layihənin başa çatmaq üzrə olduğunu deyib.

Səfərdə Ərdoğanı müşayiət edən Efiopiyanın baş naziri Haylemariam Desaleqn isə ölkələrində “paralel təşkilat”a əsla yer verməyəcəklərini vurğulayıb.

Qeyd edək ki, bir çox Afrika ölkəsində “paralel hökumət”in lideri Fəthullah Gülən qrupuna aid məktəblər var və həmin məktəblər bu ölkələrdə böyük təsir qüvvəsinə malikdirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar