“Microsoft” yeni “Windows 10”u təqdim etdi

“Windows 10” - “Windows Phone 8.1”, “Windows 8” və “Windows 7” istifadəçiləri üçün “Windows 10” il ərzində tam pulsuz olacaq.

“Microsoft” Korporasiyası yeni “Windows 10” əməliyyat sistemini təqdim edib.

Təqdimatda çıxış edən “Windows” istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, “Microsoft” Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib – bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, “Windows 10” əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir. “Windows Phone 8.1”, “Windows 8” və “Windows 7” istifadəçiləri üçün “Windows 10” il ərzində tam pulsuz olacaq.

Korporasiyanın nümayəndəsi bildirib ki, “Microsoft” əvvəlki “Start” menyusunu qaytarıb, və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu “Windows 7”dəki kimi kiçiltmək olar.

Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri “Cortana” səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı “Cortana” müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.

Daha bir yenilik əvvəl anons olunmuş “Spartan” brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır. Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, “Spartan” brauzerinə də “Cortana” səs koməkçisi quraşdırılıb.

“Microsoft”un təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya “HoloLens” adı verilib. Eynəklərə xüsusi olaraq “HoloStudio” proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar