“Kövsərbank”ın qalan səhmləri də satılacaq

Martın 6-da “Kövsərbank”ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bu barədə fins.az “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir. Məlumata görə, iclasda bankın səhmlərinin bir hissəsinin satılması məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, ötən ay “Kövsərbank” səhm emissiyası hesabına nizamnamə kapitalını 12,02 milyon manatdan 50,02 milyon manata qədər artırıb. Son nəticədə bankın səhmlərinin 76%-ni Azərbaycanın iri investisiya holdinqlərindən biri sayılan “Synergy Group”a əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar