CƏBHƏDƏ QANLI DÖYÜŞLƏR - Ermənistan ordusu çoxsaylı itkilər verib -VİDEO

Bu gün səhər Azərbaycan-Ermənistan sərhədində qanlı döyüşlər olub. Döyüş zamanı  2 erməni hərbçinin məhv edildiyi, cöxlu sayda erməni əsgərinin yaralandığı bildirilir. Erməni saytlarının yaydığı məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin Berd rayonu ərazisində baş verib. Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin leytenantı Karen Qalstyan və sıravi Artak Sarkisyan öldürülüb.

Atışmanın baş verməsinə səbəb Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstərməsi olub. Bu barədə apa.tv-nin Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda bildirilib.

Müdafiə Nazirliyndən bildirilib ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Qeyd edək ki, son bir ay ərzində düşmən tərəfi 12 hərbçisini itirib, 20-ə yaxın yaralısı var.

Bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyi qoşunların təmas xəttinin qərb istiqamətində şiddətli döyüşlərin baş verdiyi haqda təcili bəyanat yayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanata əsasən “Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri” bü gün saat 09:00 radələrdində, bir neçə istiqamətdən erməni ordusunun Tavuş vilayətinin Berd rayonu istiqamətində yerləşən mövqelərinə hücuma keçib. Nəticədə yarım saatdan çox çəkən döyüş başlayıb.

Döyüşlər zamanı Ermənistan ordusu çoxsaylı itkilər verib. Ermənistan ordusunun verdiyi coxsaylı itkilərdən  hələlik ikisi rəsmən açıqlanıb. Qeyd etdiyimiz kimi, Ermənistan MN-nin məlumatına görə döyüşlərdə leytenant Karen Arartoviç Qalstyan və sıravi Artak Vaqarşakoviç Sərkisyan öldürülüblər. Daha bir neçə erməni hərbçisinin yaralandığı bildirilir. Düşmən tərəf “Azərbaycan ordusunun da itki verərək geri çəkildiyini” iddia edir.Ancaq bu məlumat təsdiqlənmir. 

Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatının ardınca Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” də təmas xəttində yanvarın 23-nə keçən gecə baş vermiş döyüşlər haqda öz bəyanatını yayıb. Orada iddia edilir ki, “Azərbaycan silahlı qüvvələri şərq və şimal-şərq istiqamətlərində diversiya həmlələri edib, ancaq bu həmlələrin qarşısı alınıb”.

Ermənistan mətbuatının ötən gün Berd rayonu ərazisində erməni tərəfinin itkiləri haqda yerli KİV-in yaydığı məlumatları oxuduqda belə qənaətə gəlmək olar ki, erməni tərəfi əsgər ölümlərini gizlədir. Ermənistanın hakimiyyətə yaxın saytları Berd rayonunda iki hərbçinin öldürüldüyünü yazsa da, nisbətən müstəqil saytlar ölənlərlə yanaşı çoxlu sayda yaralı erməni hərbçisinin də olduğunu yazırb. Hər iki tərəf Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyana istinad etsə də, rəqəmlər fərqlidir.

Bu arada Ermənistan müdafiə naziri Seyran Ohanyanın ərazi idarəetmə və fövqəladə hallar naziri Armen Yeritsyanla birlikdə Azərbaycanla sərhəd Tavuş vilayətindədir. Ermənistanın Xilasetmə Xidmətinin rəhbərinin müavini Nikolay Qriqoryan nazirlərin döyüş mövqelərinə və ön xəttə baş çəkəcəklərini açıqlayıb.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Erməni tərəfi itkilər verdiyini təsdiqləsə də, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun heç bir itki vermədiyini, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini açıqlayıb.

Murad 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar