Altayda mumiyası tapılmış türk şahzadəsinin obrazı bərpa edilib - Foto

Rusiya Federasiyasının Altay Respublikasının Ak-Alax qəbristanında 1993-cü ildə tapılmış qadın mumiyasının görkəmi bərpa edilib.

ANS PRESS-in məlumatına görə, bir sıra türk xalqlarının ulu nənəsi sayılan Ağ Qadının mumiyası Novosibirskli arxeoloq, tarix elmləri doktoru Natalya Polosmak tərəfindən tapılıb.

Onun Altayda tapılmış mumiyasının Pazırık türk mədəniyyətinə aid olduğu düşünülür. Avropa irqinin nümayəndəsi olan qadının genlərinin göytürklərin əfsanəvi atası Aşinanın də aid edildiyi Q qaploqrupuna aid olduğu bildirilir.

Bahalı paltarlarla dəfn edilmiş qadının bədəni döymə ilə dolu olub, sol çiynində maral obrazlı döymə aşkarlanıb. Onun şahzadə olduğu güman edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar