“Dağılan” Almaniya Azərbaycana kredit verir

Samir Şərifovla Almaniya səfiri arasında saziş imzalanıb

Azərbaycan və Almaniya hökumətləri arasında “2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə Maliyyə Əməkdaşlığı haqqında Saziş” imzalanıb.

Maliyyə Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempelin dünən imzaladığı sazişə əsasən, Almaniya hökuməti KfW bankı vasitəsi ilə Azərbaycana 370 mln. avroya qədər güzəştli kredit verəcək. Hökumətlərarası sazişə görə, bu vəsaitdən 220 mln.avro “Kommunal infrastruktur proqramı” və bununla da Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı proqram üçün nəzərdə tutulub. Eyni zamanda, “Bərpa edilən enerji və enerji səmərəliliyi üzrə açıq proqram” layihəsi üçün 130 mln. avro, “Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı” üçün isə 20 mln.avro ayrılacaq.

Sözügedən saziş KfW bankına Azərbaycan Maliyyə Nazirliyi ilə müvafiq ssuda və maliyyələşdirmə müqavilələrini bağlayaraq, xüsusilə Gəncə və Şəki şəhərlərində su təchizatı layihəsinin növbəti mərhələyə keçməsinə imkan yaradır.

Imzalanma mərasimində qeyd olunub ki, Azərbaycan və Almaniya 1993-cü ildən etibarən maliyyə əməkdaşlığı sahəsində uğurlu və qarşılıqlı etimad ruhunda əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Almaniya hökuməti birgə layihələri, o cümlədən Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının və çirkab suların axıdılmasının yaxşılaşdırılması, tullantıların ekoloci baxımdan təmiz idarə olunması və Gəncədə vahid kadastr sisteminin təkmilləşdirilməsi layihəsini dəstəkləyir. Bundan başqa, tərəflər bərpa edilən enerci və ətraf mühitin mühafizəsi, habelə maliyyə sahələrində birgə əməkdaşlıq edir.

Maraqlıdır ki, Azərbaycanın dövlət televiziyasında və hakimiyyətin nəzarətində olan qəzetlərdə vaxtaşırı Almaniyada iqtisadi böhranın dərinləşdiyi, yoxsulluğun artdığı, qısası bu ölkənin çökdüyü barədə materiallar verilir. Amma indi “dağılan” Almaniya Azərbaycana kredit verir.(azadlıq)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar