ABŞ VƏ ÇİN ARASINDAKI AMANSIZ QARŞIDURMA – Hərbi toqquşma realdırmı?

“Çinlilər üçün ən ideal ssenari ondan ibarətdir ki, onlar Asiyanın ən qüdrətli dövlətinə çevrilsinlər və ABŞ isə regionu tərk edib getsin”

Əgər Çin Xalq Respublikası hazırki templə inkişaf edərsə, onda onlar öz iqtisadi qüdrətlərini hərbi məqsədlər üçün istifadə etmək fikrinə düşəcəklər və belə olan halda da çinlilərin Asiyadakı təsir imkanları güclənəcək. Amma bütün bunlara baxmayaraq, ABŞ bu regiondakı təsir dairəsini qəti şəkildə Çin ilə bölüşmək istəmir. Pekin qonşu ölkələri inandırmaq istəyir ki, onların qorxmağına və həyəcanlamalarına ehtiyac yoxdur və səbəb kimi söyləyirlər ki, Çin yalnız dinc bayraq altında inkişaf edir. Bütün bu vədlərə baxmayaraq, onların sözləri ilə əməlləri heç cür üst-üstə düşmür. Çin Senkoku arxipelaqını zəbt etmək, Tayvan adasını isə özünə birləşdirməklə yanaşı Cənubi-Çin dənizini də öz nəzarəti altına salmaq fikrindədir.

Çinlilər üçün ən ideal ssenari ondan ibarətdir ki, onlar Asiyanın ən qüdrətli dövlətinə çevrilsinlər və ABŞ isə regionu tərk edib getsin. Bu isə Yaponiya və ABŞ üçün arzuedilməzdir. Hazırda Uzaq Şərqdəki təsir imkanları uğrunda Çinin Yaponiya və ABŞ ilə təhlükəsizlik məsələləri üzrə münaqişəsi getdikcə şiddətlənir. Bu gərginliyin birbaşa qarşıdurmaya və ya toqquşmağa qədər gedib-getməyəcəyini söyləmək çox çətindir.

Onların siyasi sistemini və niyyətini tənqid etmədən söyləmək lazımdır ki, 100 il bundan əvvəl Çin indikindən qat-qat zəif idi və onlar həm Qərb ölkələri və həm də Yaponiya tərəfindən kifayət qədər alçaldılıblar. İndi Çin tarixin yenidən təkrar olunmasını istəmir və hal-hazırda onlar üçün ən yaxşı siyasət Yaponiyanı, Hindistanı, Rusiyanı hər cəhətdən qabaqlamaq və ABŞ-ın Asiyadan qovulmasıdır. Əgər hadisələrə və ümümi vəziyyətə çinlilərin gözü ilə nəzər yeirsək, burada əlbəttə ki, müəyyən bir məna və həqiqət var.

Bəzi ekspertlərin düşüncəsinə görə, Çinin regiondakı təsirinin böyüməsi sülh yolu ilə olacaq, çünki Çin hamı ilə ticarət aparır. Amma bu səhv mülahizədir. Sözsüz ki, Çinin ABŞ və digər ölkələrdən ticarət asılılığı dərinləşir. Biz onu da unutmayaq ki, əgər millətlərarası münaqişə başlayarsa burada iqtisadi yox, siyasi qərarlar üstünlük təşkil edəcək. Məsələn, Birinci Dünya Müharibəsindən əvvəl Almaniya, Rusiya, Fransa və Böyük Britaniya arasında çox sıx qtisadi əlaqələrin mövcudluğu müharibənin başlamasına mane olmamışdı. Yaxşı olar ki, ABŞ Çinin Asiyada artan gücünü nəzərə alıb, Avropadakı və Yaxın Şərqdəki hərbi təməyülünü Asiyaya tərəf sürüşdürsün. Çinə qarşı durmaq məsələsində ABŞ Rusiya ilə birlikdə hərəkət eməlidir. Lakin görürük ki, hazırda ABŞ Ukrayna probleminə görə Rusiya ilə münaqişə aparır.

Ümumiyyətlə isə ABŞ çox tələsik qərarlar verir ki, bunun nəticəsində onların sonrakı dövrlərdə Asiyadakı hərbi mövqeləri də sadə olmayacaq.

(“Nikkei”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar