Prezident İlham Əliyev Davosdan qayıdıb

 Prezident İlham Əliyev cümə günü axşam Davosdan Bakıya qayıdıb. O, Ümumdünya İqtisadi Forumunda iştirak edib.

Yanvarın 22-də dövlət başçısı “Regionların transformasiyası: Avrasiya” sessiyasında məruzə ilə çıxış edib. Sonra 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını təqdim edib, dünya siyasi və biznes elitasının nümayəndələri ilə görüşüb.

Əliyev Davosa Almaniyadan gedib. Belə ki, o, həmin ölkədə işgüzar səfərdə olub.

Əvvəlki vaxtlarda İ.Əliyev forum bitdikdən sonra Alp dağlarında xizək kurortunda olurdu. Lakin bu dəfə Davos forumunun bağlanmasını belə gözləməyib.

Güman etmək olar ki, neftin qiymətinin enməsi ilə əlaqədar əlverissiz iqtisadi vəziyyət prezidentdən təxirəsalınmaz qərarların qəbulunu tələb edir.(Turan)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar