Adam öldürən kriminal avtoritet azadlığa çıxır

Ermənistan hakimiyyəti kriminal avtoriteti azad etmək niyyətindədir

Ermənistan hakimiyyəti qətl törətməklə təqsirləndirilən kriminal avtoriteti azad etmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, İrəvan inzibati rayon məhkəməsi Ermənistanın Ədliyyə Nazirliyinin Andranik Soqoyanın həbs müddətinin uzadılması barədə vəsatətini rədd edib.

Məlumata görə, "Zap" ləqəbli Andranik Soqoyan öz istəyi ilə məhkəmədə iştirak etməyib. Məhkəmə prosesi Soqoyan olmadan keçirilib.

Məhkəmə Ədliyyə Nazirliyinin istəyini qəbul etməyib və nazirliyə qərardan etiraz etməsi üçün 5 gün müddət verilib. Beləliklə, əgər qərardan şikayət olmazsa, yanvarın 29-da Andranik Soqoyan azadlığa çıxacaq.

Qeyd edək ki, ötən il Praqa ali məhkəməsi erməni kriminal avtoritet Andranik Soqoyan üçün 22 illik həbs qərarı vermişdi. Ancaq "Qanuni oğru" 2014-cü ilin oktyabr ayında Ermənistana gəlib və İrəvanın mərkəzində polis əməkdaşları tərəfindən saxlanılıb. Andranik Soqoyan qətldə və reketlikdə ittiham edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar