İcra başçısının müavini ölkədən qaçıb

“Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov bu gün işdən çıxmayıb, o, artıq 2 aya yaxındır ki, Azərbaycandan qaçıb”.

Bu barədə “Axar.az”a özəl mənbədən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, bu gün Binəqədi rayin icra başçısı Xaləddin İsgəndərovun öz birinci müavini Qəzənənfər Novruzovu işdən çıxardığı barədə verdiyi xəbər yeni deyil.

Qaynağın məlumatına görə, Bakı-Sumqayıt yolunun çıxacağında, Avtovağzalla üzbəüz Binəqədi rayon ərazisinə düşən hissənin abadlaşması üçün büdcədən 2 milyon vəsait ayrılıb:

“Ancaq Qəzənfər Novruzov bu vəsaiti Bakı şəhər Yaşıllaşma Təsərrüfatı Birliyinin Binəqədi şöbəsində çalışan səlahiyyətli bir şəxsin əli ilə mənimsəyib, işin üstünün açılması anında isə ölkədən qaçıb”.

Yaşıllaşma Təsərrüfatı Birliyi rəisinin mənimsəmələrə görə artıq həbs olunduğunu bildirən mənbənin sözlərinə görə, Q.Novruzovun əməlləri bununla yekinlaşmır:

“Binəqədi rayon icra başçısının Binəqədi qəsəbə nümayəndəsi başqa adam olsa da, ora Qəzənfər Novruzovun qohumu olan Nicat adında şəxs de-fakto rəhbərlik edirdi. Biləcəri ərazisində fərdi evlərin tikintisinə qeyri-rəsmi icazə verilməsini həyata keçirən də məhz o idi. Hazırda orda da külli miqdarda rüşvət faktının araşdırılması gedir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar