“Ruslar Putinə görə az yeyəcəklər” deyən məmurun varidatı - FOTOLAR

İsveçrənin Davos şəhərində keçirilən ümumdünya iqtisadi forumunda çıxış edən Rusiya Federasiyası baş nazirinin müavini İqor Şuvalov Qərbi prezident Vladimir Putini devirmək cəhdlərindən uzaq durmağa çağırıb. Şuvalaov bildirib ki, xaricdən gələn təzyiqlər Rusiyanı daha sıx birləşdirəcək.

Neftin qiymətinin düşdüyü və Moskvaya qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiya iqtisadiyyatı keçən ildən başlayaraq tənəzzülün astanasına dogru gedir. Bu cür vəziyyət həm Rusiyada və həm də ki, xaricdə belə bir sual yaradır ki, Krımın ilhaq olunmasına görə sadə vətəndaşların ödədikləri hesab hədsiz çox deyilmi? Ancaq Şuvalovun fikrinə görə ruslar çətinliklərin öhdəsindən gələ biləcək əzmdədirlər. Məsələ ilə əlaqədar olaraq o, deyib: ”Nə vaxtkı ruslar istənilən xarici təzyiqi hiss edirlər, onda onlar heç zaman öz liderlərindən imtina etməyəcəklər. Heç zaman! Sadə rus, ölkədəki istənilən çətinliyə dözəcək, az yeyəcək, elektrik enerjisindən daha az istifadə edəcək”.

Rusiya hökumətinin ən varlı üzvlərindən biri sayılan İqor Şuvalovun söylədiklərinə qarşı sosial şəbəkələrdə kəskin şərhlər verilir. Müxalifət fəallarından biri isə Şuvalovun Moskvadakı, Londondakı və Avstriyadakı malikanələrinin şəkillərini paylaşaraq, Rusiya baş nazirinin müavininin çətinliklərin öhdəsindən harada və necə gələcəyini təsvir edib.

Davosdakı həmin görüşdə Putinin əski dostu və Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin isə deyib: ”Yəqin Putin düşünür ki, Rusiya xarici siyasətinin indiki mərhələsindəki maraqları, rublun qiymətdən düşməsinə və ölkənin yüksək infliyasiyaya dücar olmasına dəyər.”

Şuvalovun Avstriyadakı malikanələrinin fotoları:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar