Avstraliyada “Mən müsəlmanam” aksiyası keçirildi

Avstraliyanın ən böyük şəhəri olan Sidneydə “Je suis muslim” (“Mən müsəlmanam”) etiraz aksiyası keçirilib.

Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkə KİV-lərində islamın neqativ obrazının yaradılmasına bu formada etiraz bildiriblər.

Nümayişə təxminən min nəfər çıxıb. Polisin məlumatına görə, 14 etirazçı qaydaları pozduğu üçün aksiyadan uzaqlaşdırılıb. Lakin heç kimə qarşı ittiham irəli sürülməyib və tədbir ümumən dinc xarakter daşıyıb.

“Mən müsəlmanam” şüarı Parisdə öldürülmüş karikaturaçılara həmrəylik simvolu sayılan “Je suis Charlie” (“Mən Çarlıyəm”) şüarına əks-şüar kimi ortaya çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar