Keçmiş sovet respublikaları: ömür qısalır, bərabərsizlik artır - BMT

BMT İnkişaf Proqramı regional mərkəzinin İstanbulda açıqlanmış yeni tədqiqatının nəticələri göstərib ki, Avropa və Mərkəzi Asiya regionu boyunca maliyyə və gender bərabərisizliyi artır, ömür uzunluğu gözləntiləri isə azalır.

Tədqiqat hesabatında deyilir ki, yoxsulluq və bərabərsizlik hətta orta səviyyəli gəlirlərə malik ölkələrdə də yer alır.

“Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrində bərabərsizlik və kövrəklik” adlanan tədqiqatda Dünya Bankının yoxsulluq məsələlərinə dair məlumat bankı POVCALNET-in rəqəmlərindən istifadə olunub.

Tədqiqat materiallarında deyilir ki, tarixən və post-sosialist dövründə bu ölkələrdə nisbi bərabərlik, sosial xidmətlərlə təminat və kiçik cinsi bərabərsizlik mövcud olub, lakin indi by üstünlüklər sürətlə itirilməkdədir.

Qeyd olunur ki, sözü gedən ölkələrdə yoxsulluq və gəlirlərin bərabərsizliyi geniş yayılmağa başlayıb.

Ömür uzunluğu gözləntiləri

Bunlarla yanaşı sözü gedən ölkələrdə kişi və qadınların ömür uzunluğu göstəriciləri də pisləşib.

Tədqiqat bunu da göstərib ki, keçmiş sovet respublikaları arasında gəlirlərin azlığı ucbatından yoxsulluq xüsusilə geniş yayılıb.

Məsələn, 2010-cu ilin rəqəmlərinə əsasən Gürcüstanda əhalinin üçdə birindən çoxu günə 2,15 dollardan da az pula yaşayır. Gəlirlərə görə yoxsulluq Gürcüstandan fəqli olaraq Azərbaycan və Ermənistanda son on ildə azalmaqda davam edib.

Tacikistanda, Qırğızıstan və Ermənistanda əhalinin üçdə biri və ya dörddə biri, bütövlükdə 6, 7 milyon nəfər dərin yoxsulluq içində ömür sürür.

Bu da bəlli olub ki, Azərbaycanda məktəb yaşına qədər uşaqların yalnız üçdə biri bağçalarla təmin olunub.

Keçmiş sovet məkanında maaşlar ümumiyyətlə orta Avropa səviyyəsindən çox aşağı olaraq qalır.

Bu müddətdə kişi və qadınların ömür uzunluğunun göstəriciləri də pisləşib.

1960-cı illərdə MDB ölkələrində qadlnlar kişilərdən orta hesabla 14 il çox yaşayırdılar. Lakin indi bu rəqəm iki il azalıb, hesabtda deyilir. /"BBC"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar