Obama Pakistana xəbərdarlıq etdi

Yanvarın 25-də ABŞ prezidenti Barak Obamanın Hindistana 2 günlük səfəri başlanır.

Bir gün öncə Obama Hindistanın qonşusu və rəqibi Pakistanda olub. O, Pakistana xəbərdarlıq edib ki, terrorçu sığınacaqlarını bağlamaq üçün daha çox iş görsün və 2008-ci il Mumbai terror hücumlarını törədənləri məsuliyyətə cəlb etsin.

Son illər Birləşmiş Ştatlarla Hindistanın münasibətləri gərginləşib. Ötən payız Modi Vaşinqtona səfər edib. Ağ Ev iqlim dəyişikliyi, müdafiə və iqtisadi münasibətlərdə irəliləyişə ümid edir.

Barack Obama yanvarın 26-da Respublika Günü paradında iştirak edəcək. Həmin gün 1950-ci ildə Hindistan Konstitusiyasının ildönümü qeyd olunur. (Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar