Dilqəm: "Hər şeyi açıq yazmayın" - Video

"Yazdıqlarızın çoxu qaralanır və oxunmaz hala salınır"

Azərbaycanlı girov Dilqəm Əsgərovun Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərdiyi məktub artıq ailəyə çatdırılıb.

Bunu ANS-ə açıqlamasında girovun qardaşı Sahib Musayev deyib. Onun sözlərinə görə, məktubda Dilqəm Əsgərovu müayinə etmək üçün Gürcüstandan həkimlərin dəvət edildiyi yazılıb. Sahib Musayevin oğlu Mövlud Musayev isə iddia edir ki, ailə üzvləri tərəfindən göndərilən məktublar Dilqəm Əsgərova tam mətni ilə deyil ixtisarla ötürülür. O qardaşı Sahib Musayevə yeni məktubunda hər şeyi açıq yazmamağı, yazdıqlarının çoxunun qaralandığını və oxunmadığını bildirib. Bundan savayı girovun yaxınları onun səhhətindən də narahatdılar və Beynəlxalq Qızıl Xaç Komitəsinin yoxmalarını formal hesab edirlər.

Girov Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Musayev: "Atamın əmimə yazdığı sözlər ona tam mətn kimi çatmayıb. Əmim gedəndə çəkisi 110 kilo idi, indi isə 62-63 kilodur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar