Bağdadda partlayış - 7 ölü, 21 yaralı

Yanvarın 24-də İraqın paytaxtı Bağdadda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Bağdadın cənub-şərqində partlayış zamanı 4 nəfər ölüb, 13 nəfər yaralanıb

Digər terror aktı şəhərin qərb hissəsində törədilib, 3 dinc sakin ölüb, 8 nəfər yaralanıb.

Qeyd edək ki, 2014-cü ildə İraqda 15 min nəfər terrorun qurbanı olub, 22 mindən çox insan xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar