"Ukraynaya öldürücü təsirə malik silahlar göndərin" - Makkeyn- FOTO

Amerikalı senator Con Makkeyn prezident Barak Obamaya müraciət edib. ANS PRESS-in məlumatına görə, senatorun müraciətində deyilir ki, Obama Ukraynaya rusiyameyilli separatçılara qarşı öldürücü təsirə malik uçan silahlarını göndərsin.

"Artıq prezidentin belə bir qərar verməsinin vaxtı çatıb. Ukraynanın müdafiəsi üçün öldürücü təsirə malik uçan silahların göndərilməsi barədə qərar verilməlidir. Əgərt bu silahlar Ukraynaya göndərilsə, Putinin nə qədər gücsüz olduğunu görəcəksiniz", deyə Makkeyn bildirib.

ABŞ mətbuatı yazır ki, Obama bu dəfə Putinə qarşı Makkeynin bu müracciətini qəbul edəcək. Çünki Ukraynada vəziyyət yenidən gərginləşib.

Son məlumatlara görə, bugünkü döyüşlər zamanı 10-dan çox adam ölüb, 60-a yaxın insan isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar