“Putin ikrah doğuran avtoritar liderdir...”

 “Vladimir Putin – ikrah doğuran avtoritar liderdir. Onun əsas hədəfi – nəyin bahasına olur-olsun, hakimiyyətdə qalmaqdır”.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri “Freedom House” beynəlxalq insan haqları təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstitutunun İnsan Haqları Departamentinin direktoru Devid Kramer Vaşinqtonda “Heritage” Fondunda dünya üzrə insan haqlarının vəziyyətinə dair keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Putin və ətrafının hakimiyyətə gəlişi nəticəsində nəhəng korrupsiya maşını formalaşıb. “Bu maşın Kremlin hazırkı sakinlərinə böyük maddi sərvətlərə çıxış imkanı yaradıb, nədən ki, onlar artıq imtina edə bilmirlər. Ona görə də insan haqlarının istənilən pozuntusuna getməyə hazırdırlar. Çünki başa düşürlər ki, hakimiyyətin dəyişəcəkləri təqdirdə dəmir barmaqlılar arxasına düşə bilərlər” – qeyd edib Kramer.

Dinləmələrdə belə bir fikir də səslənib ki, Qərbdə Putinin xalq arasında böyük nüfuza malik olduğuna inanmırlar: “Bütün bunlar Kremlin tabeçiliyindəki KİV-lərin təbliğatıdır. Əgər o, həqiqətən populyar olsaydı, insanlar nə düşündüklərini dilə gətirməkdən qorxmazdılar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar