Aslan Aslanovun oğlunun qətl işi ilə bağlı vəkildən sensasiyalı açıqlamalar

“Bıçaq üzərində ancaq Lamiyənin barmaq izləri var. Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır”

"Mən Vüqarın vəkiliyəm, son illərdə onun hüquqlarını müdafiə edirəm, bununla əlaqədar həmin işdən yaxşı xəbərdaram. Təsəvvür edin ki, Vüqarın şikayətinə uzun illər Ali Məhkəmədə baxılmasına imkan verilmirdi.”

Bunları Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qətlinə görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev Feysbukda yazıb.

Xatırladaq ki, 2003-cü ildə baş verən cinayət hadisəsi 2 həftəyə yaxındır ki, yenidən KİV-lərin gündəminə düşüb. Bunun səbəbi cinayətin digər iştirakçısı, Vüqar Əliyevin keçmiş nişanlısı Lamiyə Quliyevanın həbsxanada ana olması haqda məlumatın ictimailəşməsidir. Həbsxanada uşağın dünyaya gəlməsi barədə əsas fikir onu Aslan Aslanovun qisasçılıq məqsədi ilə zorlatdırması ehtimalıdır. Eyni zamanda məlum olub ki, 2003-cü ildə həbs olunan və 10 il azadlıqdan məhrum edilən Lamiyə Quliyevaya yenidən cinayət işi açılıb və o, ikinci dəfə 5.6 il azadlıqdan məhrum olunub.

Vəkil Əsabəli Mustafayev yazır ki, Lamiyə Quliyeva ilə yanaşı Vüqar Əliyevin də hüquqları tapdanıb:

“Sübut edə bildik ki, Vüqarın şikayətini 6 il müddətində həbsxana rəhbərliyi qəsdən Ali Məhkəməyə göndərməmişdir. Mən Ali Məhkəmənin Plenumu vasitəsilə müddətin bərpasına nail oldum. Ancaq şikayətə formal baxıldı, səbəbi də aydındır. İş indi Avropa Məhkəməsindədir. Hesab edirəm ki, Vüqarın təqsirsizliyi şübhəsizdir. Tutulanda ciddi işgəncələrə məruz qalıb, bütün dişlərini sındırmışdılar. Bıçaq üzərində ancaq Lamiyənin barmaq izləri var. Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır. Bütün bunlara baxmayaraq, Vüqarı məhkum etdilər. Onun atası da 4 il yatdı. Bunlar hamısı Aslanovun əməlləridir".

Turqut

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar