Atlantada iki təyyarədə bomba axtarırlar

“AJC.com” saytı bildirir ki, Atlantada iki təyyarə reysində bomba quraşdırılması barədə polisə məlumat daxil olub. Bildirilir ki, təhlükə ilə bağlı xəbər “etibarlı“ sayılır. Harrtsfiels Cekson Beynəlxalq Hava limanının mətbuat katibi Ris McCaraynie “The Atlanta Journal-Constitution”a deyib ki, günorta saat 15:00 radələrində Delta 1156 və Sousvest 2492 reysləri hava limanına enib. Atlanta polisi təyyarələrdə həmən axtarışlara başlayıb.

Mətbuat katibi təhlükə ilə bağlı xəbərdarlığın hansı mənbədən daxil olması barədə heç bir məlumat verməyib. Sadəcə deyib ki, biz inanırıq ki, təhlükə ilə bağlı xəbərdarlıq realdır.

Təyyarədəki sərnişinlər yerə endirildikdən sonra uçuş-eniş zolağı qapadılıb.

Hazırda hər iki təyyarə nəzarət altındadır. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar