Rusiyanın Ukraynaya müdhiş müdaxilə planı açıqlandı

Rusiya Ukrayna ərazisinə öz qoşunlarını rəsmən yeritmək üçün “etibarlı əsas” yaratmaqdan ötrü ölkənin şərqində yeni böyük təxribat hazırlayır. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Antiterror Əməliyyatı Qərargahının mətbuat xidmətindən bildirilib.

“Plana görə, Rusiya növbəti humanitar konvoyun avtomobillərinin tərkibində gizli şəkildə ukraynalı əsirləri (əsasən də könüllü batalyonların döyüşçülərini) Ukrayna ərazisinə keçirməyi planlaşdırır. Ukrayna ərazisində isə konvoya guya ukraynalı “partizanların” hücumu planlaşdırılır. Təbii ki, mövcud olmayan “partizanlar” məhv ediləcək. Gülləyə tutulan konvoyda isə ukraynalı hərbi əsirlərin əldə silah cəsədləri saxlanılacaq. Həmin silahlardakı nömrələr isə Ukraynanın hərbi hissələrinin nömrələrinə uyğun gələcək” – açıqlamada bildirilir.

Mənbəyə görə, elə bu da mülki əhalinin müdafiəsi adı altında Rusiyanın rəsmi şəkildə hərbi müdaxiləsi üçün dəlil rolunda çıxış etməlidir.

Artıq Rusiya FHN “humanitar konvoy” adı altında 12-ci avtokolonun formalaşdırılmasına başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar