Obama Səudiyyə Ərəbistanına gedir

ABŞ prezidenti Barak Obama Kral Abdullahın ölüm səbəbilə çərşənbə axşamı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riada səfər edəcək. Hindistana ziyarətini tamamlayıb ABŞ-a dönməsi gözlənilən prezident Barak Obama,səfər proqramını kəsərək ABŞ-ın Yaxın Şərqdəki ən əhəmiyyətli Ərəb müttəfiqi olan Səudiyyə Ərəbistanına gedir. Ağ Ev-in sözçüsü John Earnest: "Hindistan Hökumətilə koordinasiyalı olaraq razılaşdırdığımız proqrama görə, prezident Obama, çərşənbə axşamı nəzərdə tutulan çıxışının ardından Kral Salman və digər Səudiyyə səlahiyyətlilərinə Amerika xalqı adından başsağlığı çatdırmaq üçün Ər-Riada səfər edəcək", deyə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar