İŞİD işğal etdiyi əraziləri itirir: 49 terrorçu öldürülüb - VİDEO

İraqın Müdafiə Nazirliyi, Əl-Anbar vilayətində bir bölgənin İŞİD terror təşkilatından geri alındığını açıqlayıb.Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İraqın Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, Cəzirə və Badi əməliyyatlar komandanlığının 7 piyada diviziyası və könüllü üzvlərdən ibarət olan birliklərin icra etdiyi müvəffəqiyyətli əməliyyatlar nəticəsində paytaxt Bağdadın 260 kilometr qərbində yerləşən Hadisə mahalına bağlı Əl Xesfe bölgəsi də İŞİD terror təşkilatından təmizlənib.

ABŞ-ın koalisiya güclərinə aid döyüş təyyarələrinin də dəstək verdiyi əməliyyatda isə 49 nəfər İŞİD üzvünün öldürüldüyü bildirilir.

Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar