Nabranda ayağını itirən İmran 2-ci dəfə əməliyyat olunacaq

Nabranda “Holiday Village” istirahət mərkəzində ayaqlarını itirən 2 yaşlı İmran Cəfərovun 2-ci əməliyyatının tarixi müəyyənləşib. İmranın növbəti cərrahi əməliyyatı iyulun 31-də keçiriləcək.

Birinci əməliyyat normal keçib və hazırda İmranın vəziyyəti stabildir. Azyaşlının dayısı Riyad Məmmədovun Azxeber-e verdiyi məlumata görə, əməliyyat 7 saat davam edib. Dünən isə uşağın sarğıları açılıb və həkimlər İmranın vəziyyətini kafi qiymətləndirirlər.

İmranın qohumlarının APA-ya verdiyi xəbərə görə, artıq o, palataya köçürülüb və vəziyyəti stabildir: “Hazırda İmranın hər 2 ayağında infeksiyalaşma var. Əsas məsələ bu prosesi dayandırmaqdır. İnfeksiya dayandıqdan sonra bütün lazım olan müalicələr ediləcək”.

Qeyd edək ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadə içəri sorub. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Prezident İlham Əliyev İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib. İki yaşlı İmran Cəfərzadə iyulun 25-də Berlinin ən yaxşı klinikalarından biri olan “Charite”də əməliyyat olunması üçün Almaniyaya yol salınıb.

Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar