ABŞ konsulunu qətlə yetirən təşkilatın lideri öldürüldü

2012-ci ildə Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna basqın edərək səfir Kris Stivens də daxil olmaqla 4 diplomatı qətlə yetirən "Ənsar’uş Şeria" terror təşkilatının lideri Məhəmməd Zahavi öldürülür.

Lent.az-ın Doğan xəbər agentliyinə istinadən məlumatına görə, mərkəzi Benqazi olan təşkilat öz tvitter səhifəsində Zahavinin "şəhid olduğu"nu qeyd edib. Onun kim tərəfəindən, nə vaxt, hansı şəraitdə öldürüldüyü bildirilməsə də, təşkilat üzvləri liderlərinin intiqamını alacaqlarını bəyan ediblər.

Qeyd edək ki, keçən il bu təşkilatın liderinin öldürülməsi ilə bağlı məlumatlar yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar