Kim Çen Inın ilk xarici səfəri

Şimali Koreya lideri vəzifəyə gələndən sonra ilk dəfə xaricə gedəcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın xarici ölkəyə ilk səfəri 2015-ci ilin aprelində baş tuta bilər.

ANS PRESS-in məlumatına görə, onun vəzifəyə gələndən sonra ilk səfəri İndoneziyaya olacaq. KXDR liderinin apreldə İndoneziyaya gələcəyi gözlənilir. Belə ki, aprelin 24-ü İndoneziyada Bundanq konfransının 60 illiyi münasibətilə tədbir keçiriləcək.

Məlumata görə, tədbirdə iştirak etmək üçün Şimali Koreya, Cənubi Koreya və bir sıra başqa Asiya və Afrika ölkələrinin rəhbərlərinə dəvətnamələr göndəriləcək.

Qeyd edək ki, Bundanq konfransı ilk dəfə 1955-ci ildə keçirilib. O zaman Şimali və Cənubi Koreya, SSRİ liderləri də daxil olmaqla bir neçə rəhbər konfransa buraxılmamışdı. Lakin 1965-ci ildə konfransın 10 illiyində Şimali Koreyanın o zamankı lideri Kim İr Sen iştirak etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar