BDU-dan Cəmil Həsənli açıqlaması

Bakı Dövlət Universitetinin tarix fakültəsi professor Cəmil Həsənlinin işdən uzaqlaşdırılmasına aydınlıq gətirib.

Fakültənin dekanı Azad Rzayev “Media forum” saytına deyib ki, bir ilə yaxındır tarix fakültəsində Cəmil Həsənli adında müəllim işləmir: “Bu il Cəmil müəllimə saathesabı dərs verilməmişdi. Dərs cədvəlində onun adı olmayıb”.

Cəmil Həsənliyə dərs verilməməyinin səbəblərinə gəlincə, fakültə dekanı bu barədə bir söz deyə bilməyəcəyini vurğulayıb: “Dərs yükünü kafedra ayırır. Bunu kafedradan (Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası – red.) soruşun”.

Cəmil Həsənlinin universitetdən uzaqlaşdırılmasının tarix fakültəsi üçün itki olub-olmadığı sualına Azad Rzayev belə cavab verib: “Cəmil Həsənli hər hansı dərsi deyə də bilər, deməyə də. Universitetdə xeyli təcrübəli müəllim var”.

Dekan müavini Rafael Süleymanov isə “Media forum” saytına açıqlamasında bildirib ki, Cəmil Həsənli könüllü şəkildə universitetdən uzaqlaşıb: “Cəmil müəllim iki il əvvəl öz ərizəsi ilə işdən çıxıb. Kimsə onu işdən azad etməyib. Amma saathesabı dərs deyirdi. Bu ilin sentyabr ayının dərs cədvəlində Cəmil müəllimin adı olsa da, bir-iki ay dərsə gəlmədiyi üçün avtomatik olaraq onun saathesabı dərsləri də ləğv olundu. Müəllim gəlməyəndə boş dərsi kimsə əvəz edir. Burda hər hansı qeyri-adi bir şey yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar