Lavrovla Kerri arasında telefon danışığı olub - VİDEO

“Reuters” bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü ABŞ dövlət katibi Con Kerriyə deyib ki, rəsmi Moskva Ukrayna böhranında sülhə nail olmaq üçün imkanı daxilində olan hər şeyi etməyə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, tərəflər arasında bazar günü telefon danışığı olub. Danışıqlar zamanı cənab Kerri təklif edib ki, rəsmi Kiyevlə separatçı Donetsk və Luqansk arasında sülh danışıqlarına yardım etmək üçün danışıqlara nəzarət edən beynəlxalq oyunçuların tərkibi genişləndirilməlidir.

Border guards of the self-declared Donetsk People's Republic check passengers' luggage as they cross from East Ukraine into Russia at the border crossing of Uspenka, on November 15 2014

“Lavrov bəyan edib ki, Rusiya tərəfləri sülh sazişinə ruhlamdırmaq üçün əlindən gələn hər şeyu etməyə hazırdır”, sözügedən bəyanatda deyilir. Rəsmi Moskva qeyd edir ki, sülhlə bağlı real nəticə əldə etmək üçün rəsmi Kiyevlə Donetsk və Luqansk arasında ikitərəfli danışıqlar keçirilməlidir. Ukrayna tərəfi isə hər vəchlə birbaşa danışıqlardan yayınmağa çalışır və Ukraynanın şərqindəki problemi hərbi vasitələrlə aradan qaldırmaq əzmindədir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar