“Rusiyaya təzyiqlərimizi gücləndirəcəyik...”- Obama

ABŞ Ukraynadakı hərəkətlərinə görə Rusiyaya iqtisadi təzyiqləri gücləndirməkdə davam edəcək. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə, bu barədə ABŞ prezidenti Barak Obama Hindistana səfəri çərçivəsində Nyu-Dehlidəki mətbuat konfransında deyib.

Ağ Ev başçısı bildirib ki, Vaşinqton Ukraynanın şərqindəki hərbi konfliktin dayandırılması üçün bütün mümkün variantlardan istifadə eləməyə hazırdır. Bununla belə, o, onu da əlavə edib ki, Qərb Rusiya iqtisadiyyatını zəiflətmək niyyəti güdmür, yalnız onda maraqlıdır ki, böyük dövlətlər kiçik dövlətləri qorxutmasınlar.

Amerika liderinə görə, ABŞ və Avropa Ukrayna böhranı məsələsində Rusiyaya münasibətdə vahid siyasət yürüməkdə davam etməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar