İŞİD tərəfdə döyüşən rus aktyor öldürüldü

İŞİD terrorçu qruplaşmanın tərkibində döyüşən rusiyalı aktyor Vadim Dorofeyev öldürülüb. Musavat.com-un məlumatına görə, bu barədə NTV kanalı aktyorun arvadı Alyonaya istinadən xəbər yayıb.

Onun sözlərinə görə, ərinin İŞİD-ə qoşulacağından son anadək heç kim şübhələnməyib. “Ötən ilin yazında deyirdi ki, onu ilin sonunda “böyük bir layihə” gözləyir” – bildirib o.

Qadın şübhələnir ki, aktyoru radikal yola Qafqazdan olan və döyüş təcrübəsinə malik dostlarından biri sövq edib. “O, məni də islamı qəbul eləmək və uşaqları Suriyaya aparmaq üçün dilə tutmağa çalışırdı. Məqsədi isə Allah uğrunda müharibə idi” - əlavə edib Alyona Dorofeyeva.

Aktyorun 5 yaşlı oğlu və 7 aylıq qızı qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar