Bu gün AŞ PA-nın qış sessiyası başlayır - Azərbaycanla bağlı da müzakirələr ola bilər

Yanvarın 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə həmçinin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlar Sevinc Fətəliyeva, Elxan Süleymanov, Qənirə Paşayeva, Rafael Hüseynov, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Sabir Hacıyev və Fazil Mustafa daxildirlər.

Sessiyada Büro və Daimi Komitədə görülmüş işlərin hesabatı dinləniləcək, Ukrayna qaçqınlarının və məcburi köçkünlərinin humanitar vəziyyəti, Avropa Şurası və Avropa Birliyi arasında anlaşma memorandumunun həyata keçirilməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Azərbaycanda insan haqlarının vəziyyəti də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, yerli hüquq müdafiəçiləri həmin sessiyaya qatılmayacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar