Türkiyə məhkəməsindən sərt Facebook qərarı: səhifələr bağlanacaq!

Türkiyədə "Facebook"la bağlı sərt məhkəmə qərarı qəbul edilib. Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankaranın Gölbaşı sülh növbətçi məhkəməsi Məhəmməd peyğəmbərin təhqir olunduğu Facebook səhifələrinin bağlanması ilə bağlı qərar verib.

Prokuror Harun Ceylanın apardığı araşdırma əsasında qəbul edilən qərarda deyilir ki, səhifələrin bağlanması tələbi yerinə yetirilməsə, Türkiyədə Facebook-a giriş qadağan ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar