İran səfirliyindən bir bəyanatla iki təkzib

İranın Azərbaycandakı səfirliyi “Azərbaycan Respublikasının ərazisində baş vermiş sərhəd insidenti” ilə əlaqədar açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplomatik nümayəndəliyin mətbuat şöbəsinin rəhbəri Seyid Məhəmməd Ayətullahi dekabrın 1-də Azərbaycan sərhədçiləri ilə sərhəd pozucuları arasında baş vermiş insidentlə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən deyib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti tərəfindən yayılan xəbərdə deyildiyi kimi, son insident Azərbaycanın ərazisində baş verib və qeyd olunan tarixdə İranla sərhədində heç bir hadisə baş verməyib.

Səfirliyin mətbuat şöbəsinin rəhbəri əlavə edib ki, bu hadisə haqqında heç bir İran rəsmisi fikir bildirməyib və bəzi KİV-də İran İslam Respublikasının Sərhəd Komandanlığının rəhbəri general Hüseyn Zülfüqariyə istinadən yayılan fikirlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində (Lerik rayonunda) silahlı insident baş verib. Nəticədə 37 yaşlı mayor Maqsud Nağıyev həlak olub, 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar