Prezident Dövlət Sosial Müdafiə Fonduna sədr təyin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2013-cü il tarixli 133 nömrəli Sərəncamı ilə Elman Lütvi oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub.

E.Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb. 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb.

E.Mehdiyev iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Evlidir 2 övladı var.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar