"ÖZ İSTƏYİMLƏ OLUB..." - Lamiyə Quliyeva

Ombudsman Aparatının nümayəndələri L.Quliyeva ilə görüşüb

Ombudsman Aparatının Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində araşdırma aparıblar.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər. L.Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib.

Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatlığının olmadığını söyləyib. Məlumata görə, L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.

Qeyd olunub ki, hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar